Səlim Müslümovun evi 50 faiz endirimlə satışa çıxarıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun üzərinə həbs qoyulmuş mənzillərindən biri növbəti dəfə hərraca çıxarılır.
Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, mənzil Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 5-ci dəfə iyulun 16-da 50% endirimli qiymətlə təkrar hərraca çıxarılacaq.
Xüsusi müsadirə edilmiş əmlaklar siyahısına daxil edilmiş mənzilin ümumi sahəsi 370,4 kvadrat metrdir.
Paytaxtın Yasamal rayonunun Mirzə İbrahimov küçəsi, 422-ci məhəllə, ev 53, mənzil 108 ünvanında yerləşən əmlakın hərracda başlanğıc qiyməti 463 125 manat müəyyənləşib.
Mənzilə sahib olmaq üçün son müraciət tarixi isə sabah - 10 iyul, saat 18.00-dək müəyyən edilib.
Qeyd edək ki, S.Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb. O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. S.Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub. Dövlətə dəymiş ziyanı tam ödədiyindən S.Müslümova 11 il şərti həbs cəzası verilib. Onun bir neçə əmlakı da dövlətə dəymiş ziyanın əvəzi olaraq müsadirə olunub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Roza Zərgərli qızı ilə (Foto)
-
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
-
Çexiyada 5,5 ballıq zəlzələ oldu
-
Tahir Gözəl Elvinlə bağlı açıqlama verdi (Video)
-
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
-
Tramp Qalibafı ələ saldı: "Bel ilə nə isə iş görür"
-
Səlim Müslümovun evi 50 faiz endirimlə satışa çıxarıldı
-
Karim Rossi “Qəbələ”də
-
Kirkorov əməliyyatdan sonra (Foto)
-
UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub edib (Video)
-
Elvin yenidən əsas komandada (Video)
-
“28 May”da eskalatordan biri təmirə dayandırılır
-
Mətanətdən verilişinə çağırılmayan müğənnilərə: "Əlinizi cibinizə atın"
-
Bakı Dairəvi avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq
-
Bakıda ağac gənclərin üzərinə aşdı (Foto)
-
“Qalatasaray” Con Duranı transfer edir
-
Bakının təmirə bağlanan küçələri açıqlandı
-
Ayan qızı ilə istirahətdə (Foto)
-
Nərgiz Muxtarovaya hökm oxundu
-
Çində güclü yanğın - 28 nəfər ölüb (Video)
-
İlkin Misgərli autizmli uşağı ziyarət etdi (Video)
-
Bakıda kişi arvadını azyaşlı övladının gözü qarşısında güllələdi - Yenilənib (Video)
-
Qazdan istifadə qaydaları təsdiq olunub
-
Rut Ellis ölümündən 71 il sonra əfv edildi (Foto)





