İdman

“Qalatasaray” Con Duranı transfer edir

9 İyul 2026 20:31
Baxış: 311
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin "Qalatasaray" klubu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasında çıxış edən hücumçu Con Duranı heyətinə qatır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tərəflər 22 yaşlı kolumbiyalı futbolçunun birillik icarəsi ilə bağlı razılıq əldə ediblər.

Razılaşmaya əsasən, "cim-bom" Duranın illik maaşının 4 milyon avroluq hissəsini ödəyəcək, qalan məbləğ isə "Əl-Nəsr" tərəfindən qarşılanacaq.

Bildirilib ki, futbolçu yaxın günlərdə transferi rəsmiləşdirmək üçün İstanbula yollanacaq.

Qeyd edək ki, Con Duran 2025/2026-cı illər mövsümünün birinci yarısını "Fənərbağça"da, ikinci hissəsini isə icarə əsasında Rusiyanın "Zenit" klubunda keçirib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.