Nərgiz Muxtarovaya hökm oxundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"QHT işi" üzrə təqsirləndirilən Nərgiz Muxtarovanın cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunaraq N.Muxtarova üç il sınaq müddəti olmaqla 7 il 6 ay şərti azadlıqdan məhrum edilib.
Qeyd edək ki, iş üzrə təqsirləndirilən Nərgiz Muxtarova Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib. Onun barəsində "polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.
"İştirak Evi" MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
"Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Daha sonra cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi - hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs edilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“28 May”da eskalatordan biri təmirə dayandırılır
-
Mətanətdən verilişinə çağırılmayan müğənnilərə: "Əlinizi cibinizə atın"
-
Bakı Dairəvi avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq
-
Bakıda ağac gənclərin üzərinə aşdı (Foto)
-
"Qarabağ" "Vestri" ilə oyunda fasiləyə üstün yollanıb
-
“Qalatasaray” Con Duranı transfer edir
-
Bakının təmirə bağlanan küçələri açıqlandı
-
Ayan qızı ilə istirahətdə (Foto)
-
Nərgiz Muxtarovaya hökm oxundu
-
Çində dəhşətli yanğın - 28 nəfər ölüb (Video)
-
İlkin Misgərli autizmli uşağı ziyarət etdi (Video)
-
Bakıda kişi arvadını azyaşlı övladının gözü qarşısında güllələdi - Yenilənib (Video)
-
Qazdan istifadə qaydaları təsdiq olunub
-
Rut Ellis ölümündən 71 il sonra əfv edildi (Foto)
-
FilJazz Pitesti Trio Shahin Novrasli Festival-ında konsert verdilər - FOTO
-
"Mən Elariz heç vaxt heç kimi axtarmıram, məni axtarıb tapırlar"
-
Sabah Bakının 2 rayonunda qaz kəsiləcək - Yenilənib
-
Misir millisində baş məşqçi ilə bağlı qərar verildi
-
“İşıqlar yanmır, zibillər daşınmır” - Qurumdan reaksiya
-
Zaqatalada seldə köməksiz vəziyyətdə qalan beş nəfər xilas edilib
-
İlham Əsgərov: “Milli Teatrın yeni mövsüm üçün planları və hədəfləri böyükdür” - FOTO
-
"Real" Tçuameni ilə müqaviləni uzadacaq
-
Ruslan Abdullayev müşavir təyin olundu (Foto)
-
Ərdoğanın hədiyyə etdiyi bahalı tapançaları özləri ilə apara bilmədilər - (Foto)





