Neymar futboldan gedir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Braziliya millisinin tarixinin ən məhsuldar futbolçusu olan Neymarın 2026-cı ilin sonuna qədər peşəkar futbolçu karyerasını başa vura biləcəyi iddia edilir.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Braziliya yığmasının DÇ-2026-nın 1/8 final mərhələsində mübarizəni dayandırmasından sonra Neymar ABŞ-də qalaraq ailəsi ilə istirahət edir. Ulduz futbolçunun gələcək karyerası ilə bağlı yekun qərarını məhz bu müddətdən sonra verəcəyi bildirilir.
"Santos" klubunun məşqçilər korpusuna yaxın mənbələrin sözlərinə görə, təcrübəli hücumçunun klubla müqaviləsini ləğv edərək peşəkar futboldan ayrılması ehtimalı da nəzərdən keçirilir. Onun Braziliya təmsilçisi ilə hazırkı müqaviləsi 2026-cı ilin sonuna qədər qüvvədədir.
Hazırda 34 yaşında olan Neymar 2025-ci ilin yanvarında "Santos"a qayıdıb. Bundan əvvəl o, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda çıxış edib. Daha öncə isə uzun illər Fransanın PSJ komandasında forma geyinən futbolçu 2017-ci ildə "Barselona"dan rekord sayılan 222 milyon avro qarşılığında transfer olunmuşdu.
Neymar Braziliya millisinin tarixində ən çox qol vuran oyunçu kimi yadda qalıb. O, milli komandanın heyətində keçirdiyi 130 qarşılaşmada 80 dəfə rəqib qapılarına yol tapıb.
Xatırladaq ki, Neymar DÇ-2026-nın 1/8 finalında Norveçə 1:2 hesablı məğlubiyyətdən sonra Braziliya millisindəki karyerasını başa vurduğunu rəsmən açıqlamışdı.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəldi - (Yenilənib)
-
“Mançester Yunayted” azlıqda qalan “Tottenhem” üzərində qələbə qazana bilmədi
-
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
-
Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta – (Video)
-
"Çelsi" "Bornmut"u darmadağın etdi
-
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil” - Azər Bağırov
XƏBƏR LENTİ
-
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü
-
Şəmkirdə 18 yaşlı gənc qardaşı tərəfindən bıçaqlandı
-
Cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəldi - (Yenilənib)
-
Tramp iki okeanın adını dəyişməyi planlaşdırır
-
Sumqayıtda kişi dəm qazından boğularaq öldü
-
"Leyla"nın aktrisası yeni serialda
-
Rusiyada “Yandex”in bulud infrastrukturu dron hücumundan sonra sıradan çıxıb
-
Tramp ABŞ-ın husilərlə əlaqə saxladığını bildirib
-
Göydələnlərin girişindəki fırlanan qapılar nə üçün lazımdır?
-
İspan alimləri qan hüceyrələrinin qocalmasını təyin edən süni intellekt yaradıblar
-
Bürclərin pul vərdişləri: qənaət etməyi hamı bacarmır
-
Rafinə olunmamış şəkərsiz səhər yeməyi: "Cinnamon roll" dadında yulaf resepti
-
Yeni televizor alanların etdiyi əsas səhv: "Demo Modu"nu dərhal söndürün
-
Mavriki adası sahillərində yeni akula növü kəşf edildi
-
Minlərlə insanın səhv cavab verdiyi həmin məşhur riyaziyyat sualı
-
Əti yenidən dondurmaq olar?
-
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - (Video)
-
Atilla Taşın binadan yıxılaraq ölən qızı 11 ay əvvəl boşanıbmış
-
Evinə aldığı üzümün rəngi çıxdı - (Video)
-
Özünü icarəyə verərək var-dövlət qazanır: qeyri-adi peşə
-
Corc Qafarovun toyudur - (Video)
-
Günün qoroskopu: Qarşınıza çıxan yeni pul qazanmaq imkanlarından yararlanmalısınız
-
Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiyası - (Video)
-
Türkiyədə zəlzələ olub





