İlkin Misgərli autizmli uşağı ziyarət etdi (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İki gündür sosial şəbəkələrdə və ictimaiyyətdə aktyor İlkin Misgərli barədə geniş müzakirələr aparılır. Aktyorun paylaşdığı videoda autizmli uşağı parodiya etdiyi iddia olunmuş, bu səbəbdən o, ciddi tənqidlərə məruz qalmışdı.
Milli.Az bildirir ki, İlkin Misgərli bu gün parodiya etdiyi iddia olunan autizmli Nurayı ziyarət edib, onunla və anası ilə görüşərək məsələ ilə bağlı açıqlama verib.
Aktyor yayımladığı videomüraciətdə baş verənlərin anlaşılmazlıqdan qaynaqlandığını bildirib:
"Dostlar, bu neçə gündür mən dəfələrlə izah etməyə çalışıram ki, əslində burada anlaşılmazlıq olub. Bu, bilərəkdən edilməyib. Bu gün Nuray balamızın yanına gəlmişəm. Onu öpürəm, bağrıma basıram. Mənim Nurayla nə problemim ola bilər ki, onu o formada çəkim və paylaşım?
Bunu edən adam insafsız olar. Bizim də nəslimizdə belə balalarımız var. Allah onların hamısına kömək olsun. Mən bu gün Nuraya dəstək olmaq üçün gəlmişəm. Sizdən də xahiş edirəm ki, Nuraya dəstək olasınız. Buraya gələndə öyrəndim ki, Nurayın belində də problem var və əməliyyata ehtiyacı var. Maddi imkanları çatmadığı üçün uzun müddətdir çətinlik yaşayır. Gəlin birləşək və Nuray balamıza dəstək olaq. O anlaşılmazlığı da aradan qaldıraq. Yenə deyirəm, mənim Nurayla heç bir problemim ola bilməz".
Videoda çıxış edən Nurayın anası isə aktyordan narazı olmadığını bildirib və ictimaiyyətə müraciət edib:
"Heç bir narazılığım yoxdur. Mən xalqımdan xahiş edirəm ki, bu məsələni böyütməsinlər. Mən bir ana, bir Azərbaycan qadını kimi deyirəm ki, mənim övladım anadangəlmə qüsurludur. Dövlətim sağ olsun, Nurayıma dəstək olan bütün qardaşlarıma təşəkkür edirəm. Bu gün İlkin özü də etiraf edir ki, burada onun qərəzli niyyəti olmayıb, sadəcə anlaşılmazlıq yaranıb. Bu gün də gəlib övladımın yanındadır. Allah canını sağ eləsin. Mən anayam. Dünəndən bəri özümə gələ bilmirəm. İki dəfə ürəyim gedib". (Musavat.com)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan və Litva muzeylər arasında əməkdaşlıq memorandumları imzalanıb
-
Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq
-
Xəzərin gələcəyi üçün mühüm addım: Azərbaycan təşəbbüslərdə ön sırada
-
Nigeriyalı ata, azərbaycanlı ana, özü isə bakılı balası - (Video)
-
Milli Qəhrəmanın atası vəfat etdi - (Foto)
-
Qoruqların turizm imkanları nümayiş etdirilib - (Foto)
XƏBƏR LENTİ
-
Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil
-
Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
-
Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər
-
Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
-
Britni Spirs oğulları ilə bir araya gəldi - (Foto)
-
Günün qoroskopu: Peşəkar sahədə sizi parlaq gün gözləyir
-
“Həmin vaxt 5 qadınla görüşürdüm, ona görə hamısından ayrıldım” - Maykl Duqlas - (Foto)
-
Astarada sitrus bağları susuz qalıb - (Video)
-
Panamada 7,6 ballıq zəlzələ oldu - dərslər dayandırıldı - Yenilənib - (Video)
-
Tramp Putinlə Rusiyanın dizel yanacağı barədə razılığa gəlib
-
Ronaldo mill düşərgəsindən ayrıldıqdan sonra cəzalandırılıb
-
Çin avtomobillərinin idxalında kəskin eniş: Yeni məhdudiyyətlər alıcılara necə təsir edəcək? - (Video)
-
“Oyunlarımızı təxirə salmağa ehtiyac yoxdur” - Dambrauskas
-
Melike Şahin ana oldu - (Foto)
-
Türkiyə və Azərbaycan arasındakı münasibətləri hədəf alan paylaşımlar dezinformasiya kimi qiymətləndirilib
-
Xətaidə yenidən sürüşmə təhlükəsi yaranıb - (Video)
-
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
-
Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı
-
Oğlu buna görə Fatimə ilə yaşamır
-
61 yaşlı qadın 5 saat plank vəziyyətində dayanaraq rekord qırdı
-
Azərbaycan və Litva muzeylər arasında əməkdaşlıq memorandumları imzalanıb
-
Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib - (Foto)
-
“Gemini” süni-intellekt çat-botundan pulsuz istifadə məhdudlaşdırılıb
-
Premyer Liqanın VII turunda "Sabah" "Neftçi" ilə heç-heçə edib





