İdman

Karim Rossi “Qəbələ”də

9 İyul 2026 22:05
Baxış: 282
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Qəbələ" yay fasiləsində daha bir transferini reallaşdırıb. 

Milli.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Karim Rossini heyətinə qatıb.

Qeyd edək ki, Karim Rossi ötən mövsümü "Şamaxı"nın heyətində keçirib. 32 yaşlı hücumçu geridə qalan mövsümdə Premyer Liqada 10 qol vurmaqla "Şamaxı"nın bombardiri olub.

Qeyd edək ki, "Qəbələ" bunadək Kouya Mabena ("Floriana", Malta) və Natan Monzanqonu (Son klubu "Bravo", Sloveniya) heyətinə cəlb edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.