Azərbaycan Monteneqronun qəsdən adam öldürmə işi üzrə hüquqi yardım sorğusunu icra edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Baş Prokurorluğu Monteneqro Respublikasından daxil olmuş qəsdən adam öldürmə cinayət işi üzrə hüquqi yardım sorğusunu icra edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, İstintaq idarəsi tərəfindən EUROJUST vasitəsilə Monteneqro Respublikasının Ali Prokurorluğundan xüsusilə ağır cinayətə dair daxil olmuş hüquqi yardım sorğusu yerinə yetirilib.
Məlumata görə, sorğu Monteneqro ərazisində baş vermiş qəsdən adam öldürmə faktı üzrə aparılan cinayət təqibi çərçivəsində təqdim olunub.
Müraciətdə cinayəti törətməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Rövşən Səmədovdan, həmçinin cinayətin törədilməsindən sonra onun gizlədilməsinə kömək etməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Sirudin Şərifovun yaxın qohumlarından, eləcə də hadisə yerindən və cinayət işi üçün əhəmiyyət kəsb edən digər obyektlərdən götürülmüş bioloji nümunələrin müqayisəli tədqiqi məqsədilə DNT nümunələrinin götürülməsi və digər prosessual hərəkətlərin həyata keçirilməsi xahiş olunub.
Sorğunun icrası zamanı əlaqəli şəxslərdən izahatlar alınıb, müvafiq şəxslərdən bioloji nümunələr götürülərək DNT tədqiqatı aparılıb və DNT profilləri əldə edilib.
Toplanmış sənədlər və ekspertiza materialları beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində müəyyən edilmiş qaydada Monteneqro Respublikasının səlahiyyətli orqanına göndərilib.
Baş Prokurorluq bildirib ki, Azərbaycan transmilli cinayətkarlıqla mübarizə, cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində xarici dövlətlərin səlahiyyətli orqanları, o cümlədən EUROJUST və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığını davam etdirir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Uşaq niyə ən çox anasına aqressiya göstərir?
-
Azərbaycan Monteneqronun qəsdən adam öldürmə işi üzrə hüquqi yardım sorğusunu icra edib
-
Suda boğulan şəxsə necə kömək etmək lazımdır?
-
Azərbaycanda fəxri adlara görə təqaüd alanların sayı açıqlandı
-
Mirzə Mirimli vəfat etdi
-
Bakıda 6 marşrutun hərəkət istiqaməti dəyişdirilib
XƏBƏR LENTİ
-
ABŞ İrana qarşı yeni sanksiyalar elan etdi
-
Bakıda iki motosiklet toqquşdu: 22 yaşlı sürücü həlak oldu - (Video)
-
Prezident İlham Əliyev Monqolustan Prezidentinə təbrik ünvanlayıb
-
Prezidenti İlham Əliyev Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib - (Foto)
-
FHN həftəsonu çimərliklərə gedənlərə xəbərdarlıq edib
-
Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub - (Foto)
-
Uşaq niyə ən çox anasına aqressiya göstərir?
-
Ucarda yeniyetmə kanalda batdı
-
Azərbaycan Monteneqronun qəsdən adam öldürmə işi üzrə hüquqi yardım sorğusunu icra edib
-
Suda boğulan şəxsə necə kömək etmək lazımdır?
-
DÇ-2026: Bu gecə 1/4 final mərhələsinin son iki oyunu keçiriləcək
-
Polis son sutkada 83 axtarışda olan şəxsi saxladı
-
Dünya bazarında neft ucuzlaşdı
-
Rusiya Kiyevə hava zərbələri endirdi: Yaralananlar var
-
Venesuelada zəlzələ qurbanlarının sayı 4 mini ötdü
-
Türkiyədə bələdiyyədə əməliyyat: Çox sayda şəxs saxlanıldı
-
Qazaxda yol qəzası: 3 nəfər xəsarət aldı
-
“Rihanna dördüncü dəfə ana olacaq”
-
Niyə amerikalılar yumurtanı soyuducuda saxlayır, avropalılar isə yox?
-
Psixoloqlara görə bir kişinin sevgisinin azaldığını göstərən 4 əsas əlamət
-
Tətil üçün ən sərfəli 3 ölkə: Həm büdcənizi qoruyun, həm də istirahətdən zövq alın
-
Yayın istisində evdə hazırlaya biləcəyiniz sərinləşdirici içkilər
-
Diş minasını zədələməmək üçün bunları edin
-
NASA Ay və Mars üçün 4 könüllü axtarır





