Diş minasını zədələməmək üçün bunları edin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gündəlik ağız boşluğu gigiyenası çox vaxt uzun illərdən qalan yanlış vərdişlər üzərində qurulur. Mütəxəssislər bildirirlər ki, sadə dəyişikliklər diş minasını qorumağa, diş əti problemlərinin və kariyesin qarşısını almağa kömək edir. Hər gün milyonlarla insan dişlərini fırçalayarkən fərqinə varmadan mina qatını zədələyən və diş ətlərini zərər görməsinə səbəb olan səhvlərə yol verir. Yanlış fırçalama texnikası, uyğun olmayan vaxt seçimi və gigiyena qaydalarına laqeyd yanaşmaq sonradan stomatoloqa tez-tez müraciət etməyə səbəb ola bilər.
Milli.Az lent.az-a istinadən bildirir ki, ən çox edilən səhvlərdən biri qəhvə və ya səhər yeməyindən dərhal sonra dişləri fırçalamaqdır. Qidaların tərkibindəki turşular diş minasını müvəqqəti olaraq yumşaldır. Bu zaman dişləri güclü şəkildə fırçalamaq mina qatının aşınmasına səbəb ola bilər. Stomatoloqlar dişləri ya səhər yeməyindən əvvəl, ya da yeməkdən ən azı 30 dəqiqə sonra fırçalamağı tövsiyə edirlər.
Diş pastasından sonra ağzı su ilə yaxalamaq olmaz
Bir çox insan dişlərini fırçaladıqdan sonra ağzını bol su ilə yaxalayır. Halbuki bu zaman diş pastasının tərkibindəki flüor da yuyulub gedir. Flüorun diş səthində qalması diş minasını möhkəmləndirir və bakteriyalara qarşı qoruyucu təsir göstərir.
Doğru qayda belədir: artıq köpüyü tüpürün, lakin ən azı 15 dəqiqə ərzində ağzınızı su ilə yaxalamayın və heç nə yeməyin, içməyin.
Güclü təzyiq dişlərə zərər verir
Bəzi insanlar düşünür ki, dişləri nə qədər sərt və sürətlə fırçalasaq, bir o qədər yaxşı təmizlənəcək. Əslində isə bu üsul diş ətlərinin geri çəkilməsinə və dişlərin həssas hissələrinin açılmasına səbəb olur. Fırçanı diş səthinə təxminən 45 dərəcə bucaq altında tutmaq, kökdən kənara doğru yumşaq hərəkətlərlə və ya kiçik dairəvi hərəkətlərlə dişləri təmizləmək daha düzgündür.
Diş ipindən istifadə etməyi unutmayın
Adi diş fırçası diş səthinin təxminən 60 faizini təmizləyə bilir. Dişlərin arasındakı nahiyələrə çatmaq mümkün olmadığından hər gün diş ipindən (flosdan) istifadə etmək vacibdir. Dişlərin fırçalanması ən azı iki dəqiqə davam etməlidir. Prosedurun sonunda isə bakteriyaların ən çox toplandığı yerlərdən biri olan dili də mütləq təmizləmək lazımdır.
Diş fırçasını nə vaxt dəyişmək lazımdır?
Hətta ən keyfiyyətli diş fırçasının tükləri də zamanla köhnəlir və bakteriyaların çoxalması üçün əlverişli mühitə çevrilir. Mütəxəssislər diş fırçasını və ya elektrikli diş fırçasının başlığını hər üç aydan bir dəyişməyi tövsiyə edirlər. Bundan əlavə, soyuqdəymə, qrip və ya angina keçirdikdən sonra da diş fırçasını yenisi ilə əvəz etmək lazımdır.
Tüpürcəyin rolu da çox vacibdir
Həkimlər tüpürcəyin ağız boşluğunun təbii müdafiə mexanizmi olduğunu xatırladırlar. Tüpürcək qida qalıqlarını təmizləyir və dişlərə zərər verən turşuları neytrallaşdırır. Ağız boşluğunun qurumaması üçün gün ərzində kifayət qədər təmiz su içmək və şirin qidaları tez-tez qəbul etməmək tövsiyə olunur.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Diş minasını zədələməmək üçün bunları edin
-
NASA Ay və Mars üçün 4 könüllü axtarır
-
Bu səhv soyuducunuzun elektrik "yeməsini" artırır
-
Portağalların qırmızı torbada satılmasının səbəbi məlum oldu
-
Günün qoroskopu: Tələsik qərarlar verməkdən çəkinin
-
Qonaq otağına bir kasa ağ daş qoyun: Yaponlar bu üsulu illərdir tətbiq edir
XƏBƏR LENTİ
-
Diş minasını zədələməmək üçün bunları edin
-
NASA Ay və Mars üçün 4 könüllü axtarır
-
DÇ-2026: İspaniya yarımfinala yüksəlib
-
Bu səhv soyuducunuzun elektrik "yeməsini" artırır
-
Məktəbin həyətində 22 yaşlı gənc bıçaqlandı
-
"O sözündən sonra oğlumu götürüb gəldim Bakıya": Nicat Kazımov
-
Portağalların qırmızı torbada satılmasının səbəbi məlum oldu
-
Şimali Kiprin Prezidenti xəstəxanaya yerləşdirilib
-
Günün qoroskopu: Tələsik qərarlar verməkdən çəkinin
-
Tramp: "İran məni hədəf alırsa, indiyədək görünməmiş şəkildə bombalanacaq"
-
Jorje Jezuş Portuqaliya millisinə baş məşqçi təyin edilib
-
Qonaq otağına bir kasa ağ daş qoyun: Yaponlar bu üsulu illərdir tətbiq edir
-
Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir (Foto)
-
Pakistan İran-ABŞ münaqişəsində vasitəçiliyi davam etdirməyə hazırdır
-
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
-
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə möhtəşəm balet qala-konserti
-
16 yaşlı yeniyetmə kanalda batdı
-
Biləsuvarda işıq olmayacaq
-
Müşfiqabadda yaşayış binasında yanğın olub
-
Qarpızın şirin olduğunu göstərən 5 əsas əlamət
-
Köməksiz vəziyyətdə qalan vətəndaşlar xilas edildi (Video)
-
Ağstafada avtomobil su arxına düşdü
-
Zeynəbin axtarışlarına helikopter cəlb edildi (Video)
-
Qorxmaz Əlilicanzadə üz iflici keçirib





