Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə möhtəşəm balet qala-konserti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
XV Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günü - iyulun 29-da axşam saatlarında açıq səma altında balet qala-konserti keçiriləcək.
Milli.Az xəbər verir ki, Azərbaycanın və digər ölkələrin məşhur balet ulduzlarının iştirakı ilə baş tutacaq bu unudulmaz gecə klassik balet sənətinin gözəlliyini və zərifliyini tamaşaçılara təqdim edəcək.
Həmin gecə Qəbələ şəhəri festivalın məqsədinə uyğun olaraq mədəniyyətlərarası dialoqun mühüm platformasına çevriləcək. Belə ki, festival eyni zamanda müxtəlif ölkələrin, fərqli mədəniyyətlərin ən parlaq təmsilçilərini bir araya gətirəcək.
Səhnəyə Azərbaycanın Əməkdar artisti, Mariinski Teatrının aparıcı solisti Timur Əsgərov və həmin teatrın aparıcı solisti Renata Şakirova, Bavariya Dövlət Baletinin solistləri Frederik Stukviş və Janna Qubanova, Rusiyanın Bolşoy Teatrının balet truppasının premyeri Artyom Ovçarenko və birinci solisti Anna Tixomirova, Vyana Dövlət Baletinin solistləri Alessandro Frola və Medison Yanq, Niderlandın Milli Baletinin solistləri Cessika Xuan və Vsevolod Mayevski çıxacaqlar.
Təxminən saat yarım davam edəcək qala-konsertdə dünyaşöhrətli bəstəkarların əsərləri səhnələşdiriləcək. Tamaşaçılar Lüdviq Minkusun "Don Kixot", Sergey Prokofyevin "Romeo və Cülyetta", Adolf Adanın "Jizel" və digər sevilən baletlərdən parçalar izləyəcəklər.
Dünyanın tanınmış balet artistlərinin ifasında təqdim olunacaq qala-konsert tamaşaçılara unudulmaz sənət bayramı yaşadacaq.
Qeyd edək ki, festival Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və "Gilan"ın dəstəyi ilə keçiriləcək. İyulun 29-dan avqustun 3-dək davam edəcək XV Qəbələ Beynəlxalq Musiqi Festivalı musiqi bayramı olmaqla yanaşı xalqları birləşdirən, sərhədləri aşan, unudulmaz təqdimatlarla yadda qalacaq.
Azərbaycanla yanaşı, musiqi bayramına Almaniya, Avstriya, Qazaxıstan, Moldova, Niderland, Özbəkistan, Rusiya və Vyetnamdan olan incəsənət ustaları dəvət alıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə möhtəşəm balet qala-konserti
-
Şahin Növrəslinin çoxdan gözlənilən konserti keçirildi - (Foto)
-
FilJazz Pitesti Trio Shahin Novrasli Festival-ında konsert verdilər - FOTO
-
İlham Əsgərov: “Milli Teatrın yeni mövsüm üçün planları və hədəfləri böyükdür” - FOTO
-
CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - (Foto)
-
Yeddi ölkədən istedadları bir araya gətirəcək Beynəlxalq Çoxjanrlı İncəsənət Müsabiqəsi keçiriləcək
XƏBƏR LENTİ
-
Tramp: "İran məni hədəf alırsa, indiyədək görünməmiş şəkildə bombalanacaq"
-
Jorje Jezuş Portuqaliya millisinə baş məşqçi təyin edilib
-
Qonaq otağına bir kasa ağ daş qoyun: Yaponlar bu üsulu illərdir tətbiq edir
-
Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir (Foto)
-
Pakistan İran-ABŞ münaqişəsində vasitəçiliyi davam etdirməyə hazırdır
-
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
-
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə möhtəşəm balet qala-konserti
-
16 yaşlı yeniyetmə kanalda batdı
-
Biləsuvarda işıq olmayacaq
-
Müşfiqabadda yaşayış binasında yanğın olub
-
Qarpızın şirin olduğunu göstərən 5 əsas əlamət
-
Köməksiz vəziyyətdə qalan vətəndaşlar xilas edildi (Video)
-
Ağstafada avtomobil su arxına düşdü
-
Zeynəbin axtarışlarına helikopter cəlb edildi (Video)
-
Qorxmaz Əlilicanzadə üz iflici keçirib
-
Azərbaycan və Meksika arasında diplomatik əlaqələr müzakirə edilib (Foto)
-
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib (Foto/Video)
-
Naxçıvanda avtobuslar yandı (Foto)
-
Gilası qış üçün dondurmağın yolları
-
Afət Seyidzadəyə vəzifə verildi
-
"Oğlum evlənmir, pişiyi gətirib ki, bu da sənə nəvə"
-
Əsgər futbolçu qayıdır: Zamiq Əliyevin hərbi xidmət problemi həll olundu
-
Elşən Türkiyədə seriala çəkilir (Foto)
-
Ermənistan vətəndaşlarının məhkəməsi çıxışlarla davam etdirilib (Foto)





