CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın CineMastercard kinoteatrlar şəbəkəsi Avropanın ən nüfuzlu kino sənayesi tədbirlərindən biri olan və hər il İspaniyanın Barselona şəhərində keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib. Bu il sərgi 35 illik yubileyini qeyd edərək dünya kino sənayesinin aparıcı nümayəndələrini bir araya gətirib.
Sərgidə Azərbaycanı CineMastercard (CinemaPlus LLC) kinoteatrlar şəbəkəsinin rəhbəri Zaur Darabzadə təmsil edib. Tədbir çərçivəsində Universal Pictures, Sony Pictures, The Walt Disney Company, Paramount Pictures və Warner Bros. kimi dünyanın aparıcı kinostudiyaları ilə qarşıdakı mövsümlərdə nümayiş olunacaq filmlərin prokatına dair müqavilələr imzalanıb.
Sərgidə dünyanın aparıcı Hollivud və Avropa kinostudiyaları, eləcə də kinoteatrlar üçün nəzərdə tutulmuş ən son texnologiyalar və innovativ həllər təqdim olunub. The Film Expo Group tərəfindən təşkil edilən CineEurope, dünyanın 70-dən çox ölkəsini təmsil edən Beynəlxalq Kinoteatrlar İttifaqının (UNIC) rəsmi tədbiridir.
Bununla yanaşı, kino texnologiyaları sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərlə görüşlər keçirilib, kinoteatrların inkişaf perspektivləri, innovativ həllər, eləcə də virtual reallıq (VR) və artırılmış reallıq (AR) texnologiyalarının tətbiqi imkanları müzakirə olunub.
CineMastercard Azərbaycanda kino sənayesinin inkişafına töhfə verməyə davam edərək tamaşaçılara dünya premyeralarını beynəlxalq nümayiş tarixləri ilə eyni gündə izləmək imkanı yaradır. Kinoteatrlar şəbəkəsi gələcəkdə də müasir texnologiyaların tətbiqini genişləndirməyi, kinonümayişin keyfiyyətini daha da artırmağı və ziyarətçilərinə yüksək səviyyəli kino təcrübəsi təqdim etməyi qarşısına məqsəd qoyur.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - (Foto)
-
Yeddi ölkədən istedadları bir araya gətirəcək Beynəlxalq Çoxjanrlı İncəsənət Müsabiqəsi keçiriləcək
-
Shahin Novrasli Festival Bakı musiqisevərlərini Eric Jacot Band konserti ilə sevindirdi – FOTO
-
Shahin Novrasli Festival 2026 ədəbi müsabiqəsinin qalibləri mükafatlandırılıb – (Foto)
-
“Məni axtar darıxanda” – İlqar Fəhminin yaradıcılıq gecəsi keçirilib – (Foto)
-
XV Beynəlxalq İpək Yolu Musiqi Festivalı təntənəli bağlanış konserti ilə yekunlaşıb - (Foto)
XƏBƏR LENTİ
-
Azər Axşam: "Ola bilər sənin üçün əzizdir, amma faktiki fahişədir"
-
Fransada prezident seçkisində iştirak edəcək
-
2 vəkilə töhmət verilib, 4 vəkilə xəbərdarlıq edildi
-
İçərişəhərdə razılaşdırılmamış tikinti-bərpa işlərinin aparılması qadağan olunub
-
Talassemiya ilə bağlı miflər və həqiqətlər
-
Prezident Şuşa ilə bağlı qanuna dəyişikliyi təsdiqlədi
-
Prezident İlham Əliyev onlara diplomatik rütbə verdi
-
36 mindən çox abituriyent imtahan verəcək
-
Talassemiya uşağa keçə bilərmi? - Açıqlama
-
"Pul xərcləməyən kişi yumurtlamayan toyuqdur"
-
LİMAN ESTATE – Bakıda yeni yaşam standartı - (Foto)
-
“Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim...” - (Foto)
-
Azərbaycanda qanunsuz yaşayan 5 minə yaxın əcnəbi saxlanıldı
-
Bu gün təltif olunan generalların dosyesi
-
HHQ və XTQ komandanları təltif olunub
-
Nadir Qafarzadə: "Bəzi sənətkarların başı gedib, səhnədən getməlidirlər"
-
Kənan Seyidova birinci müavin təyin edildi
-
Messi: "Özümə çox əsəbiləşmişdim"
-
CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - (Foto)
-
Ərdoğan mənə görə İsrailə qarşı müharibəyə qoşulmadı - Tramp
-
"Yasemince" serialının aktrisası insult keçirdi
-
Astaranın yeni baş memarı odur
-
Bakıda 20 yaşlı oğlan qəfil öldü
-
Çatdırılma ilə sifariş etdiyiniz qidalar təhlükəli ola bilər - Ekspertdən xəbərdarlıq





