“Məni axtar darıxanda” – İlqar Fəhminin yaradıcılıq gecəsi keçirilib – (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq Muğam Mərkəzində yazıçı-dramaturq, AYB -nin katibi İlqar Fəhminin yaradıcılığına həsr olunmuş "Məni axtar darıxanda" adlı ədəbi-bədii gecə keçirilib.
Milli.Az xəbər verir ki, tədbirdə çıxış edən Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir çıxış edərək İlqar Fəhminin çoxşaxəli yaradıcılığı, dramaturgiya, poeziya və publisistika sahəsində qazandığı uğurlar, eləcə də Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafına verdiyi töhfələrdən söz açıb. Bildirilib ki, müəllifin əsərləri dərin fəlsəfi məzmunu, milli-mənəvi dəyərlərə söykənən ideyaları və özünəməxsus bədii üslubu ilə geniş oxucu auditoriyasının rəğbətini qazanıb. Müəllifin əsərləri Azərbaycan ədəbi fikrinin mühüm nümunələri olmaqla yanaşı, milli-mənəvi dəyərlərin, söz sənətinin və muğam mədəniyyətinin təbliğində də xüsusi əhəmiyyət daşıyır.
Gecənin proqramı müəllifin yaradıcılığının müxtəlif istiqamətlərini əhatə edən musiqi və ədəbi kompozisiyalarla zəngin olub. Tanınmış xanəndələr İlqar Fəhminin qəzəllərinə muğam nümunələrini ifa edib, qiraət ustaları müəllifin şeirlərindən və dramaturji əsərlərindən seçilmiş parçaları səsləndiriblər. Həmçinin onun yaradıcılığı motivləri əsasında hazırlanmış səhnə kompozisiyaları təqdim olunub.
Yaradıcılıq gecəsinin ən yaddaqalan məqamlarından biri tədbirin müəllifin öz aparıcılığı ilə keçirilməsi olub. İlqar Fəhmi çıxışı zamanı yaradıcılıq yolundan, əsərlərinin ərsəyə gəlmə tarixçəsindən, poeziya və dramaturgiyaya baxışından, sənətin insan həyatındakı rolundan söz açıb. O, müxtəlif dövrlərdə qələmə aldığı əsərlərlə bağlı maraqlı xatirələrini və düşüncələrini tamaşaçılarla bölüşüb.
Musiqi, poeziya, muğam və bədii qiraətin harmonik vəhdətində keçən proqram iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Sənətin müxtəlif sahələrini bir araya gətirən yaradıcılıq gecəsi tamaşaçılara zəngin mənəvi-estetik təəssüratlar bəxş edib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Shahin Novrasli Festival 2026 ədəbi müsabiqəsinin qalibləri mükafatlandırılıb – (Foto)
-
“Məni axtar darıxanda” – İlqar Fəhminin yaradıcılıq gecəsi keçirilib – (Foto)
-
XV Beynəlxalq İpək Yolu Musiqi Festivalı təntənəli bağlanış konserti ilə yekunlaşıb - (Foto)
-
“Pişiyin evi” nağılı əsasında hazırlanan eyniadlı tamaşasının oxunuş məşqlərinə başlanılıb - (Foto)
-
Məşhur azərbaycanlı sənətşünas İrada Berq vəfat etdi
-
Milli İncəsənət Muzeyində “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” adlı sərginin açılışı və elmi seminar keçirilib - FOTO
XƏBƏR LENTİ
-
Fatimə: "Mənə əsəb həkimi lazımdır, gərgin vəziyyətdəyəm"
-
Səbuhi Rəcəbə hökm oxundu - Dünya çempionu azadlıqda qaldı
-
Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb
-
Tanınmış futbolçu, əməkdar məşqçimiz vəfat etdi - (Foto)
-
Arzum bu halda azadlığa çıxa bilər
-
Mbappenin üzünə nə olub? - İzlər müzakirə yaratdı - (Foto)
-
Dövlət qurumunun 32 yaşlı əməkdaşı öldü - (Foto)
-
Xanəndə Pərviz dünya çempionu oldu - (Foto)
-
Shahin Novrasli Festival 2026 ədəbi müsabiqəsinin qalibləri mükafatlandırılıb – (Foto)
-
Bakıda küləklə bağlı sarı xəbərdarlıq edildi
-
Şıx çimərliyində dənizə nə tökülür? - Rəsmi açıqlama - (Video)
-
“Məni axtar darıxanda” – İlqar Fəhminin yaradıcılıq gecəsi keçirilib – (Foto)
-
Dəniz suyunun saçlara vurduğu zərər
-
Azərbaycan Rusiyaya nota verdi
-
Hüseyn Məhəmmədoğlu yenidən ata oldu
-
Hakimimiz Konfrans Liqasının oyununa təyinat aldı
-
Komendantın göstərişi ilə mühafizəçi sakinin avtomobilini həyətə buraxmaya bilər? - ARAŞDIRMA
-
XV Beynəlxalq İpək Yolu Musiqi Festivalı təntənəli bağlanış konserti ilə yekunlaşıb - (Foto)
-
Bloqer Aynur Babaxan avtomobil qəzası keçirdi – (Foto)
-
Media nümayəndələri "Şəhərdən Kəndə" layihəsinin iştirakçıları ilə görüşdü - (Fotolar)
-
Xoşqədəm: "Dünyanın ən bahalı qəhvəsini içirəm, heyvan nəcisindəndir" - (Foto)
-
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda müəyyənləşdi
-
Trampdan qəribə Meloni paylaşımı: Foto çəkdirmək üçün yalvardı..
-
Rəqəmsal transformasiya: Azərbaycanın yeni texnoloji inkişaf modeli





