İran

Qalibaf: Biz təslim olmayacağıq

8 İyul 2026 13:30
Baxış: 384
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İran parlamentinin sədri, İranın danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞ-ı imzalanmış memorandumun əsas müddəalarını pozmaqda ittiham edib.

Milli.Az APA-ya istinadən bildirir ki,  Qalibaf "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, ABŞ-ın neft sanksiyalarını yenidən tətbiq etməsi, İranın cənubuna hücumlar həyata keçirməsi, yeni zərbələrlə bağlı davamlı təhdidlər səsləndirməsi, həmçinin sionist təcavüzünü davam etdirməsi Tehranın mövqeyinə təsir göstərməyəcək.

"Qorxutma və hədə-qorxu dövrü başa çatıb. Bu, heç bir nəticə verməyəcək. Biz təslim olmayacağıq", - Qalibaf vurğulayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.