Hadisə

Əsgərliyə gedirdi, "komissarlığ"ın qarşısında maşın vurdu

8 İyul 2026 13:00
Baxış: 583
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, hadisə Şəmkir rayonunda,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsinin qarşısında baş verib.

Hərbi xidmətə yola salınan çağırışçı Rüstəm Abdullayevi sürücü Təhminə Səfərova idarə etdiyi avtomobillə vurub. 

İlkin məlumata görə, hadisəni törədən sürücü əvvəlcə hadisə yerindən uzaqlaşıb. Yaralı Rüstəm Abdullayev isə Şəmkir Rayon Mərkəzi xəstəxanasına aparılıb.

Müəllif: Asif Mehman (Milli.Az Baş redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.