Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Milli.Az xəbər verir ki, hadisə Şəmkir rayonunda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsinin qarşısında baş verib.
Hərbi xidmətə yola salınan çağırışçı Rüstəm Abdullayevi sürücü Təhminə Səfərova idarə etdiyi avtomobillə vurub.
İlkin məlumata görə, hadisəni törədən sürücü əvvəlcə hadisə yerindən uzaqlaşıb. Yaralı Rüstəm Abdullayev isə Şəmkir Rayon Mərkəzi xəstəxanasına aparılıb.
Müəllif: Asif Mehman (Milli.Az Baş redaktor)