Cəmiyyət

Vətən müharibəsi iştirakçısına polkovnik rütbəsi verildi

29 Noyabr 2026 21:10
Baxış: 110
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Vətən müharibəsi iştirakçısı Aqil Əli oğlu Məmmədova polkovnik ali hərbi rütbəsi verilib.

Milli.Az Unikal-a istinadən xəbər verir ki, əslən Lerik rayonunun Xəlifəküçə kəndindən olan A.Məmmədov bu rütbəyə Vətən qarşısında xüsusi xidmətlərinə görə layiq görülüb.

O, "Vətən uğrunda", "Şücaətə görə", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı", "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli və "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalları ilə təltif olunub.

​Hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmətini davam etdirir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.