Maraqlı

Qış təkəri ilə edilən sadə səhv yanacaq sərfiyyatını azaldır

30 Noyabr 2026 01:01
Baxış: 116
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qışda yanacaq sərfiyyatını azaltmaq və təhlükəsiz sürmək üçün təkər təzyiqi neçə olmalıdır?

Milli.Az xəbər verir ki, soyuq havalarda təkər təzyiqinin düşməsi həm mühərriki gücə salaraq yanacaq sərfiyyatını artırır, həm də əyləc məsafəsini uzadır. Mütəxəssislər qış təkərlərindən istifadə edən sürücülərə təzyiqi istehsalçı dəyərindən 0,1 - 0,2 bar yüksək saxlamağı tövsiyə edirlər.

Aşağı və həddindən artıq təzyiqin zərərləri:

Aşağı təzyiq: Hava azaldıqda təkər daha geniş səthlə yola təmas edir, sürtünmə artır və mühərrik daha çox yanacaq sərf edir. Təzyiqin ideal göstəricidən cəmi 0,5 bar aşağı olması döngələrdə tarazlığı pozur və qarlı-buzlu yollarda əyləc məsafəsini uzadır.

Həddindən artıq təzyiq: Yanacağa qənaət məqsədilə təkəri normadan çox doldurmaq yola tutunma qabiliyyətini zəiflədir, sürüşkən yollarda əyləc məsafəsini artırır və təkərin orta hissəsinin tez yeyilməsinə səbəb olur.

Qışda təzyiq tənzimləmə qaydaları:

Təkərin təzyiqi avtomobilin qapı içliyində və ya yanacaq çəninin qapağında qeyd olunan standart dəyərdən 0,1-0,2 bar artıq tənzimlənməlidir.

"Continental" şirkətinin məlumatına görə, havanın temperaturunun hər 10 dərəcə enməsi təkər təzyiqini orta hesabla 0,1 bar (0,07-0,14 bar) azaldır.

Soyuq havalarda təzyiq ən azı iki həftədən bir yoxlanılmalıdır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.