Talassemiya ilə bağlı miflər və həqiqətlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Talassemiya ilə bağlı cəmiyyətdə formalaşmış bir sıra yanlış təsəvvürlər mövcuddur və bu yanaşmalar həm xəstələrin həyat keyfiyyətinə, həm də profilaktik tədbirlərin effektivliyinə mənfi təsir göstərir".
Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqu Avesta Allahverdiyeva səsləndirib.
Hematoloqun sözlərinə görə, ən geniş yayılmış yanlış təsəvvürlərdən biri talassemiyanın yoluxucu xəstəlik hesab edilməsidir:
"Əslində isə talassemiya irsi, yəni genetik xəstəlikdir və yalnız valideynlərdən uşağa genlər vasitəsilə ötürülür. Xəstəlik gündəlik ünsiyyət, təmas və ya birgə yaşayış yolu ilə yayılmır.
Digər yanlış fikir isə yalnız talassemiyalı valideynlərin uşaqlarında bu xəstəliyin yarana biləcəyidir. Halbuki əksər hallarda hər iki valideyn talassemiya daşıyıcısı olduqda xəstə uşaq dünyaya gələ bilər. Məhz buna görə də nikahdan əvvəl tibbi müayinələrin aparılması xüsusi əhəmiyyət kəsb edir.
Cəmiyyətdə talassemiyanın sağalmaz və ümidsiz xəstəlik olduğu barədə də yanlış düşüncə mövcuddur. Müasir tibbin imkanları sayəsində müntəzəm qan köçürmələri, dərman müalicəsi və bəzi hallarda sümük iliyi transplantasiyası ilə xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq mümkündür.
Bununla yanaşı, talassemiyalı şəxslərin normal həyat sürə bilmədiyi barədə fikir də həqiqəti əks etdirmir. Düzgün tibbi nəzarət və müalicə ilə onlar təhsil ala, əmək fəaliyyəti ilə məşğul ola və cəmiyyətin fəal üzvləri kimi yaşaya bilirlər".
Avesta Allahverdiyeva bildirib ki, talassemiya daşıyıcılığı ilə bağlı mövcud olan bəzi düşüncələr də həqiqətə uyğun deyil:
"Talassemiya daşıyıcıları, bir qayda olaraq, praktiki sağlam hesab olunurlar. Risk yalnız hər iki tərəfin daşıyıcı olduğu nikahlarda meydana çıxır. Buna görə də talassemiya ilə mübarizədə əsas amillərdən biri düzgün maarifləndirmədir. Cəmiyyət doğru məlumatlandırıldıqca həm xəstələrin həyat keyfiyyəti yüksəlir, həm də gələcək nəsillərdə talassemiyanın yayılmasının qarşısının alınmasına töhfə vermək mümkün olur".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
XƏBƏR LENTİ
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)
-
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
Afra Saraçoğlu Venesiyada xüsusi gecədə "göz qamaşdırdı" - (Fotolar)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Frank Riberi məşqçiliyə başlayır
-
Müğənni Sevda çimərlik geyimində videosunu paylaşdı
-
Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artdı
-
FIFA Qavinin cəzası ilə bağlı qərar verdi





