"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir.
Milli.Az xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər.
Qeyd olunur ki, öskürəyin müddəti ilə yanaşı, nə vaxt yarandığı, necə keçdiyi və hansı digər əlamətlərlə müşayiət olunduğu da diaqnoz üçün əhəmiyyətlidir.
Türkiyəli həkim Esma Seda Akalının sözlərinə görə, böyüklərdə 8 həftədən çox davam edən öskürək xroniki öskürək hesab olunur. Lakin müayinə üçün bu müddətin tamamlanmasını gözləmək lazım deyil.
Xroniki öskürəyə astma, bronxoektaziya, müxtəlif infeksiyalar, reflüks, burun və sinus xəstəlikləri səbəb ola bilər.
Mütəxəssislər gecə və ya səhərə yaxın güclənən, soyuq hava və fiziki fəaliyyət zamanı yaranan öskürəyin astma ilə əlaqəli ola biləcəyini qeyd edirlər. Bəzi hallarda astma yalnız uzunmüddətli öskürəklə özünü göstərir. Bu vəziyyət "öskürək variantlı astma" adlanır və xırıltı və ya nəzərəçarpan nəfəs darlığı olmadan da müşahidə edilə bilər.
Səhərlər bəlğəmlə müşayiət olunan xroniki öskürək isə xüsusilə tütün istifadə edən şəxslərdə xroniki bronxit kimi qiymətləndirilməlidir. Mütəxəssislər "siqaret çəkirəm, öskürməyim normaldır" düşüncəsinin xəstəliyin gec aşkarlanmasına səbəb ola biləcəyini vurğulayırlar.
Xroniki öskürək zamanı ilkin mərhələdə ətraflı müayinə, ağciyər rentgenoqrafiyası və tənəffüs funksiyası testləri aparılır. Həkimlər hər keçməyən öskürək zamanı birbaşa KT müayinəsinə ehtiyac olmadığını, müayinələrin xəstənin şikayətləri və risk faktorlarına əsasən müəyyənləşdirildiyini bildirirlər.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
XƏBƏR LENTİ
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Üzün bir tərəfi niyə daha tez qocalır?
-
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
-
Ev açarlarını bu 3 yerə qoymayın
-
Çayın acılığını və bulanıqlığını yox edir: Dəmliyə 2 ədəd atmaq kifayətdir
-
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
-
Günün qoroskopu: Tərəfdaşlıq və ya müqavilə imzalaya bilərsiniz
-
Cəmil Kamilliyə və Elşad Məmmədliyə vaxtından əvvəl xüsusi rütbə verildi - (Foto)
-
Fransada etiraz aksiyalarında 422 nəfər saxlanılıb
-
Nanə Ağamalıyeva uzun aradan sonra - (Foto)
-
İki cüdoçumuz Avropa çempionu olub
-
Röya tanınmaz obrazda - (Foto/Video)
-
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub - (Foto)
-
Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir - (Foto)
-
Qaxda 7 nəfərin zəhərlənməsinin səbəbi məlum olub - Yenilənib
-
Sumqayıtda zəncirvari qəza olub
-
Faciəvi şəkildə ölən Elçinin (Fotosu)
-
Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
-
Aydan Salahovanın “Qız Qalası” layihəsi Azərbaycan Milli İncəsənət Muzeyində açıldı - (Foto)
-
Lənkəranda oyuncaq silahlı şəxs saxlanıldı - (Video)
-
“Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında
-
“Bədbəxt, evdə dəyəri olmayan qadınlar mənə ağızlarına gələni yazırlar” - Nigar Şabanova
-
Bərdədə yeniyetmənin törətdiyi ağır qəzada xəsarət alanların son vəziyyəti açıqlandı - Yenilənib (Foto)
-
“Mən əməliyyatda olanda bacımın ürəyi gedib” - Mətanət İsgəndərli





