Talassemiya uşağa keçə bilərmi? - Açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Talassemiya irsi (genetik) xəstəlikdir və valideynlərdən uşağa genlər vasitəsilə ötürülür".
Milli.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqu Avesta Allahverdiyeva məlumat verib.
Hematoloqun sözlərinə görə, talassemiya autosom-resessiv tipdə irsən ötürülən, genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunan irsi qan xəstəliyidir:
"Xəstəliyin yaranması üçün uşaq problemli geni həm anadan, həm də atadan almalıdır".
Avesta Allahverdiyeva qeyd edib ki, uşağın talassemiya ilə doğulma ehtimalı valideynlərin genetik vəziyyətindən asılı olaraq dəyişir.
Onun sözlərinə görə, hər iki valideyn sağlamdırsa və talassemiya daşıyıcısı deyilsə, uşağın nə xəstə, nə də daşıyıcı olma ehtimalı yoxdur.
Əgər valideynlərdən biri talassemiya daşıyıcısı, digəri isə sağlamdırsa, uşaq xəstə doğulmur. Bu halda hər hamiləlik zamanı 50 faiz ehtimalla uşaq tam sağlam, 50 faiz ehtimalla isə talassemiya daşıyıcısı olur.
Hematoloq bildirib ki, ən yüksək risk hər iki valideynin talassemiya daşıyıcısı olduğu hallarda müşahidə edilir. Belə olduqda hər hamiləlik üçün ehtimallar aşağıdakı kimidir:
- 25% - uşaq tam sağlam doğulur;
- 50% - uşaq talassemiya daşıyıcısı olur;
- 25% - uşaq talassemiya xəstəsi doğulur.
Mütəxəssisin sözlərinə görə, valideynlərdən biri talassemiya xəstəsi, digəri isə daşıyıcı olduqda risk daha da artır:
"Bu halda hər hamiləlikdə uşağın 50 faiz ehtimalla talassemiya xəstəsi, 50 faiz ehtimalla isə daşıyıcı olması gözlənilir. Əgər hər iki valideyn talassemiya xəstəsidirsə, uşağın talassemiya ilə doğulma ehtimalı 100 faiz təşkil edir"
Avesta Allahverdiyeva vurğulayıb ki, talassemiyanın irsi ötürülmə xüsusiyyətinə görə nikahdan əvvəl tibbi-genetik müayinə xüsusi əhəmiyyət daşıyır:
"Azərbaycanda həyata keçirilən nikahöncəsi skrininq proqramı talassemiya daşıyıcılarının vaxtında aşkar edilməsinə və gələcəkdə ağır formalı talassemiya ilə doğulan uşaqların sayının azaldılmasına xidmət edir. Talassemiya geninin uşağa ötürülmə riski valideynlərin genetik vəziyyətindən birbaşa asılıdır. Buna görə də maarifləndirmə, erkən diaqnostika və profilaktik tədbirlər bu xəstəliklə mübarizədə mühüm rol oynayır".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
XƏBƏR LENTİ
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)
-
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
Afra Saraçoğlu Venesiyada xüsusi gecədə "göz qamaşdırdı" - (Fotolar)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Frank Riberi məşqçiliyə başlayır
-
Müğənni Sevda çimərlik geyimində videosunu paylaşdı
-
Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artdı
-
FIFA Qavinin cəzası ilə bağlı qərar verdi





