Ölkə

Afət Seyidzadəyə vəzifə verildi

10 İyul 2026 20:08
Baxış: 405
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev Muzeyinə yeni rəhbər təyin olunub.

Milli.Az Ölkə.az-a istinadən xəbər verir ki, bununla bağlı ali məktəbin rektoru Elçin Babayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Afət Seyidzadə Heydər Əliyev Muzeyinin müdiri vəzifəsinə təyin edilib. Qeyd edək ki, A.Seyidzadə daha əvvəl həmin muzeydə mütəxəssis vəzifəsində çalışıb.

Xatırladaq ki, BDU-nun Heydər Əliyev Muzeyinin əvvəlki müdiri, filologiya üzrə fəlsəfə doktoru Zəkiyyə Kərimova bu ilin fevral ayında vəfat edib.

Universitetin Heydər Əliyev Muzeyi 1997-ci ildə ulu öndər Heydər Əliyevin şəxsi razılığı ilə fəaliyyətə başlayıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.