Hadisə

Bakıda partlayışda yaralanan ər-arvad xəstəxanada öldülər

10 İyul 2026 17:22
Baxış: 485
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda baş verən partlayışda xəsarət alan ər-arvad dünyasını dəyişiblər.

Milli.Az xəbər verir ki, partlayış nəticəsində xəsarət alan 1984-cü il təvəllüdlü Pərvin İsrafilov və onun həyat yoldaşı 1990-cı il təvəllüdlü Arzu İsrafilova xəstəxanada vəfat ediblər.

Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 4-də Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən yaşayış evində partlayış hadisəsi baş verməsi ilə əlaqədar xəsarət alan şəxslərdən 2011-ci il təvəllüdlü yeniyetmənin müalicəsi Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

"Aparılan reanimasiya tədbirlərinə və həkimlərin səylərinə baxmayaraq 1984-cü il təvəllüdlü kişinin və 1990-cı il təvəllüdlü qadının bioloji ölüm faktı qeydə alınıb", - deyə TƏBİB-dən bildirilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.