Türkiyə

Türkiyədə 22 yaşlı tələbə faciəvi şəkildə öldü - Qəzanın (Videosu)

10 İyul 2026 15:46
Baxış: 754
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin Kayseri şəhərində tibb fakültəsinin 22 yaşlı tələbəsi Yaren Mercanın həyatını itirdiyi ağır yol-nəqliyyat hadisəsinin yeni təhlükəsizlik kamerası görüntüləri ictimaiyyətə təqdim olunub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə martın 19-da Talas rayonunda baş verib. Kadir Efenin idarə etdiyi avtomobil Yaren Mercanın sürdüyü motosikletlə toqquşub. Qəza nəticəsində ağır xəsarətlər alan gənc tələbə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq ertəsi gün vəfat edib.

Yayılan görüntülərdə zərbənin gücündən Yaren Mercanın bir neçə metr havaya sovrulduğu, dəbilqəsinin isə başından çıxaraq yolun kənarına düşdüyü əks olunub.

Araşdırmalar zamanı Kadir Efenin qanında 1,05 promil spirt aşkarlanıb. Bundan sonra o saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Mərhum tələbənin ailəsi hadisəyə görə məsuliyyət daşıyan şəxsin qanun qarşısında ən ağır şəkildə cəzalandırılmasını tələb edib.

Məhkəmə Kadir Efenin həbsdə saxlanılması barədə qərarı qüvvədə saxlayıb. İş üzrə araşdırmaların davam etdirilməsi məqsədilə növbəti məhkəmə iclası daha sonrakı tarixə təyin edilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.