İcbari tibbi sığortanın tətbiqi ilə bağlı yenilik
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatlar elektron qaydada həyata keçiriləcək.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan "Tibbi sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsində aşağıdakı dəyişikliklərin edilməsi nəzərdə tutulur:
"Tibbi sığorta haqqında" Qanuna icbari tibbi sığorta fondu anlayışının əlavə edilməsi;
icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsinin hüquqi əsaslarının müəyyən edilməsi;
sığortaolunanlara ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin aptek təşkilatları tərəfindən həmin informasiya sisteminə ötürülmüş elektron resept əsasında buraxılması;
icbari tibbi sığorta şəhadətnaməsinin elektron formada həmin informasiya sistemində yaradılması.
İcbari tibbi sığorta fondu dedikdə dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondu nəzərdə tutulacaq.
Layihənin qəbul edilməsi nəticəsində icbari tibbi sığorta sahəsində elektron xidmətlərin hüquqi əsaslarının təkmilləşdirilməsi, ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin elektron resept əsasında verilməsinin qanunvericiliklə tənzimlənməsi və icbari tibbi sığorta şəhadətnaməsinin elektron formada yaradılması təmin ediləcək, habelə əlilliyi olan şəxslərin reabilitasiya imkanlarının qiymətləndirilməsi ilə bağlı hüquqi tənzimləmə reabilitasiya xidmətlərinin göstərilməsi sahəsində səlahiyyətlərin yenidən bölgüsünə uyğunlaşdırılacaq.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Türkiyədə güclü zəlzələ oldu
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib





