Bakıda yayıldığı iddia olunan qulaqdibi xəstəliyi ilə bağlı rəsmi açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər sosial şəbəkələrdə Bakı şəhərində epidemik parotit (qulaqdibi) xəstəliyinin geniş yayıldığı ilə bağlı paylaşımlar yayılır.
Milli.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, həmin məlumatlar mövcud epidemioloji vəziyyəti əks etdirmir.
Bildirilib ki, hazırda Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir. Qeydiyyata alınan yoluxma halları yalnız ayrı-ayrı sporadik hallardır və ölkədə hər hansı epidemiya və ya kütləvi yayılma qeydə alınmayıb.
Nazirlik qeyd edib ki, mövcud vəziyyət aidiyyəti tibb müəssisələri tərəfindən daim nəzarətdə saxlanılır, zəruri profilaktik və əks-epidemik tədbirlər ardıcıl şəkildə həyata keçirilir.
Məlumata görə, epidemik parotit daha çox peyvənd olunmamış və ya natamam peyvənd olunmuş şəxslər arasında müşahidə edilir. Xəstəlik əsasən hava-damcı yolu ilə yayılır və inkubasiya dövrü 11-23 gün davam edir.
Xəstəliyin əsas əlamətləri yüksək hərarət, qulaqətrafı tüpürcək vəzilərində şişkinlik və ağrı, çeynəmə və udma zamanı narahatlıq, ümumi halsızlıq, baş ağrısı və iştahanın azalmasıdır.
Nazirlik vurğulayıb ki, əksər hallarda xəstəlik yüngül keçir və tam sağalma ilə nəticələnir. Bununla belə, peyvənd olunmamış yeniyetmələrdə və böyüklərdə nadir hallarda ağırlaşmalar yarana bilər. Bu səbəbdən vaxtında peyvənd olunmaq xüsusi əhəmiyyət daşıyır.
Qeyd olunub ki, Azərbaycanda Milli Peyvənd Təqviminə uyğun olaraq qızılca, epidemik parotit və məxmərək əleyhinə kombinə olunmuş (QPM) peyvənd uşaqlara 12 aylığında vurulur, 6 yaşında isə revaksinasiya aparılır.
Səhiyyə Nazirliyi valideynlərə övladlarının peyvənd statusunu yoxlamağı, peyvənd təxirə salınıbsa və ya buraxılıbsa, yaşayış yeri üzrə tibb müəssisəsinə müraciət etməyi tövsiyə edib.
Bununla yanaşı, xəstə şəxslərlə yaxın təmasdan çəkinmək, şəxsi gigiyena qaydalarına əməl etmək, əlləri mütəmadi yumaq, qapalı məkanları tez-tez havalandırmaq, xəstəliyə xas əlamətlər yarandıqda özünümüalicədən çəkinərək həkimə müraciət etmək və tam sağalanadək kollektivə qayıtmamaq tövsiyə olunub.
Sonda vətəndaşlara yalnız rəsmi mənbələrə istinad etmələri, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara inanmamaları və onları paylaşmamaları xahiş edilib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
XƏBƏR LENTİ
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)
-
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
Afra Saraçoğlu Venesiyada xüsusi gecədə "göz qamaşdırdı" - (Fotolar)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Frank Riberi məşqçiliyə başlayır
-
Müğənni Sevda çimərlik geyimində videosunu paylaşdı
-
Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artdı
-
FIFA Qavinin cəzası ilə bağlı qərar verdi





