“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
12 milyon manatlıq dələduzluqda ittiham olunan "Azfinance İnvestisiya Şirkəti" QSC-nin direktoru İntiqam Səfərəliyevin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda zərərçəkmiş iş adamı Tale Heydərovun ifadəsi elan edilib.
Heydərov məhkəmələrdə iştirak etməyib, nümayəndəsi onun hazırda ölkə xaricində olduğunu bildirib. Hakim işin uzadılmaması üçün zərərçəkmişin prokurorluqda verdiyi ifadəsini elan edib.
Tale Heydərov müstəntiqə deyib ki, təqsirləndirilən şəxsi qardaşı Nicat Heydərov vasitəsilə tanıyıb. Onların arasındakı hazırkı çəkişmə isə "AzeriSteel Company" ASC nin səhmlərinin alınması ilə bağlı olub. Heydərovun sözlərinə görə, qardaşı ilə birgə İntiqam Səfərəliyev və Abid Mamedovun hesabına (hazırda axtarışdadır - red.) 16 milyon manat pul köçürüblər. Amma səhmlərin alınması baş tutmayıb. Belə ki, qarşı tərəf pulları mənimsəyib. O, şikayətçi olduğunu, pulunun ödənilməsini tələb etdiyini bildirib.
Vaxt məhdudiyyətindən zərərçəkmişin ifadəsi ilə bağlı sorğu-sual növbəti iclasa saxlanılıb..jpg)
Fotoda İntiqam Səfərəliyev
Qeyd edək ki, bu iş üzrə "Azfinance İnvestisiya Şirkəti" QSC-nin Müşahidə Şurasının sədri Abid Mamedov da cinayət məsuliyyətinə cəlb edilib. Lakin o, ölkədən qaçıb gizləndiyi üçün barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, axtarışa verilib. A.Mamedov daha əvvəl Heydərovlara aid olduğu deyilən "AFB" Bankın Müşahidə Şurası sədrinin müşaviri, İ.Səfərəliyev isə həmin şuranın üzvü olub.
İntiqam Səfərəliyev əvvəl həbsdə idi, məhkəmə başlayandan sonra ev dustaqlığına buraxılıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Elşən Türkiyədə seriala çəkilir (Foto)
-
Goranboyda yol qəzası - 3 nəfər xəsarət alıb (Foto)
-
Bakıda partlayışda ölən ailənin (Fotosu)
-
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi (Foto)
-
"Türkiyədə qəribə insanların əlinə düşdüm" - İradə İbrahimova
-
Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Özbəkistana təhvil verib
XƏBƏR LENTİ
-
Əsgər futbolçu qayıdır: Zamiq Əliyevin hərbi xidmət problemi həll olundu
-
Elşən Türkiyədə seriala çəkilir (Foto)
-
Ermənistan vətəndaşlarının məhkəməsi çıxışlarla davam etdirilib (Foto)
-
İran bizdən xahiş etdi, biz də razılaşdıq - Tramp
-
Mane milli ilə vidalaşdı
-
Goranboyda yol qəzası - 3 nəfər xəsarət alıb (Foto)
-
Bakıda partlayışda ölən ailənin (Fotosu)
-
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi (Foto)
-
"Türkiyədə qəribə insanların əlinə düşdüm" - İradə İbrahimova
-
Vaşinqton İrana qarşı yeni əməliyyata tam hazır vəziyyətdədir
-
Rusiya son bir həftədə Ukraynanın 5 minə yaxın dronunu vurdu
-
Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Özbəkistana təhvil verib
-
Konor Makqreqor UFC-yə qayıdır
-
“Samsunspor”un keçmiş futbolçusu "Şəfa"da!
-
Ajda Pekkan NATO liderlərinin həyat yoldaşları üçün oxudu - (Video)
-
Hava pisləşəcək: İntensiv yağış, sel keçəcək
-
Abdullah Zubir 300-cü qolunu vurub
-
Azərbaycanda fəxri adlara görə təqaüd alanların sayı açıqlandı
-
“Qarabağın daş yaddaşı” fotomüsabiqəsi elan olunur
-
Netanyahunun oğlu adını dəyişdi
-
Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - (Video)
-
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı yenilik
-
Mirzə Mirimli vəfat etdi
-
Bakıda 6 marşrutun hərəkət istiqaməti dəyişdirilib





