Hadisə

Müşfiqabadda yaşayış binasında yanğın olub

10 İyul 2026 22:00
Baxış: 352
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yanğın hadisəsi baş verib.

Milli.Az-ın məlumatına görə, hadisə qəsəbədə yerləşən 19 nömrəli beşmərtəbəli yaşayış binasının şaxtasında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə qarşısı alınıb və alov tamamilə söndürülüb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.