"O sözündən sonra oğlumu götürüb gəldim Bakıya": Nicat Kazımov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əməkdar artist, tanınmış rejissor Nicat Kazımov aktyor oğlu Sənan Kazımovun bu sənəti seçməsinə vaxtilə qarşı çıxmasının səbəbini açıqlayıb.
Milli.Az xəbər verir ki, o, övladının daha rahat və gəlirli sahədə çalışmasını istədiyini etiraf edib:
"Aydın məsələdir ki, heç bir valideyn özünün çəkdiyi çətinlikləri övladına rəva bilmir. Mənim atam da bu sənətə gəlməyimə qarşı idi. Sadəcə, o, bu sənətin içində deyildi, kənardan təsəvvür edirdi və istəmirdi. Mən isə sənətin içində ola-ola istəmirdim ki, övladım da bu çətinlikləri yaşasın. İstəyirdim ki, onun imkanları daha çox olsun. Xüsusilə təhsilinə həddindən artıq vəsait yatırırdım ki, orta məktəbdə yaxşı oxusun, ən yaxşı məktəblərdə təhsil alsın, ən yaxşı hazırlıqlara getsin. Sonra həkim, hüquqşünas, bankir olsun və ya elə bir sahədə çalışsın ki, bu çətinlikləri yaşamasın. Uşaq vaxtından tamaşalarda oynayırdı. Fikirləşirdim ki, uşaqdır, həvəsdir, keçib gedəcək".
Nicat Kazımov oğlunun bugünkü uğurları ilə fəxr etdiyini vurğulayıb:
"Artıq neçə illərdir Azərbaycanın ən böyük tədbirlərində, səhnələrində çıxış edir və tamaşaçılar tərəfindən sevilir. Bu gün onu tanıyanların, sevənlərin sayı mənimkindən qat-qat çoxdur. Mən bununla yalnız fəxr edə bilərəm. Əvvəl istəmirdim, amma sonradan şərt qoydum ki, əgər aktyor olmaq istəyirsənsə, burada yox, Türkiyədə universitetə qəbul ol. Və həmin il elə oldu ki, yer yalnız Zonquldak Universitetdə açılmışdı. Amma burada da artıq ali məktəbə qəbul olmuşdu. Zonquldak Universitetinə birlikdə getdik, yer xoşuma gəlmədi. Sonra kafedra müdirinin "Burada nə öyrənəcək?" deməsi xoşuma gəlmədi. Sual verdim ki, "Burada oxumaq istəyirsən?". Dedi ki, "Yox". O anda elə götürüb qayıtdım Bakıya". (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





