Hadisə

Bakıda iki motosiklet toqquşdu: 22 yaşlı sürücü həlak oldu - (Video)

11 İyul 2026 11:29
Baxış: 464
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Paytaxtın Xətai rayonunda iki motosikletin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat xidmətindən verilən məlumata görə, hadisə iyulun 10-da saat 16:00 radələrində qeydə alınıb. Belə ki, 22 yaşlı Amin Cəfərovun idarə etdiyi motosiklet eyni istiqamətdə hərəkət edən, 21 yaşlı Elşən Hüseynovun idarə etdiyi digər motosikletlə toqquşub.

Qəzanın yüksək sürət və kobud yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilir. Nəticədə Amin Cəfərov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb, hadisənin bütün halları araşdırılır.

Baş Dövlət Yol Polisi İdarəsi motosiklet, moped və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edərək onları yol hərəkəti qaydalarına ciddi riayət etməyə, sürət həddini aşmamağa və həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağa çağırıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.