Cəmiyyət

Xameneinin tabutunu daşıyan gizli şəxs kim idi?

11 İyul 2026 12:00
Baxış: 634
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İranda keçmiş ali dini lider Əli Xameneinin dəfn mərasimindən yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirə olunub.

Milli.Az CNN Türk-ə istinadən xəbər verir ki, videolarda ön sırada əyləşən, qara papaq, tibbi maska və eynək taxaraq üzünü gizlədən naməlum şəxsin Əli Xameneinin oğlu və hazırkı ali lider Müctəba Xamenei olduğu iddia edilir.

İddialara görə, təhlükəsizlik səbəbindən uzun müddətdir ictimaiyyət qarşısına çıxmayan Müctəba Xamenei mərasimə kimliyini gizlədərək qatılıb. Bununla belə, İran rəsmiləri görüntülərdəki şəxsin kimliyi ilə bağlı indiyədək rəsmi açıqlama verməyiblər.  

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.