Paytaxtda növbəti daxili iməclik keçirilib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, paytaxtımız Bakı şəhərinə olan diqqət və qayğının artması nəticəsində bu ğün Bakı şəhəri inkişaf edir, günü-gündən gözəlləşir. Bunu şəhər sakinləri və paytaxtımıza gələn çoxsaylı xarici qonaqlar xüsusi qeyd edirlər. Onlar həmçinin şəhərin təmizliyini xüsusi vurğulayırlar. Parklarda, küçə və prospektlərin kənarlarında əkilən güllər, yaradılan gözəl kompozisiyalar göz öxşayır və Bakıya xüsusi yaraşıq verir.
Milli.Az xəbər verir ki, bu təmizlik və gözəllikləri qoruyub inkişaf etdirmək məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda təmizliklə bağlı mütəmadidaxili iməcliklər keçirilir. Şəhərin sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə iyulun 11-də növbəti daxili iməclik keçirilib.
Keçirilən iməclik zamanı şəhər mərkəzindəki prospekt və küçələrlə yanaşı paytaxt qəsəbələrinin də küçələri yuyulub,orada əsaslı təmizlik işləri görülüb. Səhər saatlarından Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası bitki və canlılara zərər verməyən yuyucu maddələrlə küçələrin yuyulmasını aparıb.
Həmçinin səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. Yol kənarlarındakı ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən gün ərzində yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, zədələnən budaqları budanıb. Eyni zamanda, rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.
Ümumilikdə, paytaxtın bütün rayonlarını əhatə edən genişmiqyaslı təmizlik işləri Bakı şəhərinin sanitar vəziyyətinin daha da yüksəldirilməsinə öz tövhəsini vermişdir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Binanın altında mərasim evi açılır: Sakinlər etiraz edir
-
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - (Foto)
-
Paytaxtda növbəti daxili iməclik keçirilib - (Foto)
-
Sabah 38 dərəcə isti olacaq
-
Xameneinin tabutunu daşıyan gizli şəxs kim idi?
-
Uşaq niyə ən çox anasına aqressiya göstərir?
XƏBƏR LENTİ
-
Binanın altında mərasim evi açılır: Sakinlər etiraz edir
-
Trampın açıqlamasına İrandan cavab gəldi
-
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - (Foto)
-
Tbilisidə azərbaycanlı qadının qatili saxlanılıb - (Video)
-
PSJ “Barselona”nın ulduz futbolçusunu transfer edir
-
Paytaxtda növbəti daxili iməclik keçirilib - (Foto)
-
Xaçmazda avtomobil gölə düşdü: Sürücü öldü
-
Masallıda atdan yıxılan kişi öldü
-
Sabah 38 dərəcə isti olacaq
-
“Azeri Light” nefti ucuzlaşdı
-
"Netflix" yeni yayımlara hazırlaşır
-
Xameneinin tabutunu daşıyan gizli şəxs kim idi?
-
ABŞ İrana qarşı yeni sanksiyalar elan etdi
-
Bakıda iki motosiklet toqquşdu: 22 yaşlı sürücü həlak oldu - (Video)
-
Prezident İlham Əliyev Monqolustan Prezidentinə təbrik ünvanlayıb
-
Prezidenti İlham Əliyev Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib - (Foto)
-
FHN həftəsonu çimərliklərə gedənlərə xəbərdarlıq edib
-
Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub - (Foto)
-
Uşaq niyə ən çox anasına aqressiya göstərir?
-
Ucarda yeniyetmə kanalda batdı
-
Azərbaycan Monteneqronun qəsdən adam öldürmə işi üzrə hüquqi yardım sorğusunu icra edib
-
Suda boğulan şəxsə necə kömək etmək lazımdır?
-
DÇ-2026: Bu gecə 1/4 final mərhələsinin son iki oyunu keçiriləcək
-
Polis son sutkada 83 axtarışda olan şəxsi saxladı





