İdman

PSJ “Barselona”nın ulduz futbolçusunu transfer edir

11 İyul 2026 13:41
Baxış: 479
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Fransanın PSJ klubu İspaniyanın "Barselona" komandasında çıxış edən hücumçu Ferran Torresi heyətinə qatmağa yaxındır.

Milli.Az xəbər verir ki, Paris təmsilçisi 26 yaşlı futbolçu ilə transfer məsələsində ilkin razılığa gəlib.

Bildirilir ki, "Barselona" əvvəlcə Torreslə yeni müqavilə imzalamağı planlaşdırsa da, sonradan vəziyyət dəyişib. Kataloniya klubunun Dortmund "Borussiya"sından Kərim Adeyemini transfer etməsi ispan hücumçu ilə yeni sözləşmənin bağlanmasını çətinləşdirib.

Ferran Torresin "Barselona" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, Torres 2022-ci ildən Kataloniya klubunun formasını geyinir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.