Mədəniyyət

Sevilən aktrisanın yubileyidir

15 Mart 2021 16:34
Baxış: 1 978
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədovanın 60 yaşı tamam olur. Zemfira xanım 1961-ci ildə Bakı şəhərində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatr və kino aktyorluğu" fakültəsini bitirib. Şəki Dövlət Dram Teatrı, Dövlət Musiqili Teatrı, Dövlət Gənclər Teatrlarında fəaliyyət göstərib. 2015-ci ilin fevral ayının 1-dən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. O səhnədə və ekranda yaratdığı bir çox unudulmaz rolları ilə tamaşaçıların sevgisini qazanıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı səhnəsində canlandırdığı Buqa - ("Qohumlar" V.Şuqrayeva, Ə.Əmirli), Hacı Kamyab arvadı - ("Xortdanın cəhənnəm məktubları" Ə.Haqverdiyev), Qarı - ("Leyli və Məcnun" M.Füzuli), Qumru - ("Ünvansız qatar" Ə.Əmirli), Roza nənə - ("Tanrıya 14 məktub", E.E.Şmidt),  Nənə - ("Qızıl balıq" A.S.Puşkin) və b. bu cür sevilən qəhrəmanlardandır.

Həmçinin son illərdə Zemfira Əbdülsəmədova müxtəlif baxımlı seriallarda çeşidli xarakterlər yaradıb və bununla da geniş auditoriyanın məhəbbətini, sayğısını qazanıb. Aktrisanın gənclərə münasibəti və yeni gələn nəsillərlə səxavətlə təcrübəsini bölüşməsi, onlara dəstək olması da hər zaman göz önündədir. 

Əziz Zemfira xanımı yubileyi münasibəti ilə təbrik edir, ona can sağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları diləyirik.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.