“YARAT” Müasir İncəsənət Məkanı Beynəlxalq Muzeylər Günü münasibətilə multimedia layihəsini reallaşdırıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Muzeylər - son dərəcə mühüm əhəmiyyət kəsb edir. Muzeylər həmişə ən əhəmiyyətli mədəni funksiyaları yerinə yetirən əsas qurumlar olub. Muzeylər - bəşəriyyətin tarix və mədəniyyəti, mənəvi və maddi dəyərləri, həmçinin cəmiyyətin bir çox sirlər və müəmmalarının fiziki mühafizəkarlarıdır.
Beynəlxalq səviyyədə, hər il muzeylərin şərəfinə qeyd edilən tematik bayram keçirilir. Bütün dünyada "Muzeylər gecəsi" kimi tanınan ən parlaq ənənə bu bayramın bir hissəsidir. Muzeylər öz iş rejimini uzadır və ziyarətçilər üçün qeyri-adi tədbirlər hazırlayırlar.
COVID-19 koronavirus pandemiyası səbəbindən bu il ənənəvi "Muzeylər gecəsi" beynəlxalq aksiyası, bütün dünyada baş verən hadisələrə uyğunlaşmaq məcburiyyətində qalaraq, bu dəfə qeyri-adi formatda keçirildi.
Trend-in məlumatına görə, "YARAT" Müasir İncəsənət Məkanı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə Beynəlxalq Muzeylər Günü münasibətilə multimedia layihəsini həyata keçirib.
Proqramda auditoriyaya eksklüziv rəsm əsərlərinin toplusu təqdim olundu. Tamaşaçılar müxtəlif mövzulara və tarixi dövrlərə aid olan muzey kolleksiyaları və sərgi layihələri haqqında yeni və maraqlı məlumatlar əldə etdilər. Əsərlər Azərbaycan Dövlət Xalça Muzeyi, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, Macarıstan Milli Muzeyi, Mark Rotko İncəsənət Mərkəzi (Latviya), Moda Muzeyi (Latviya) və "YARAT" Müasir İncəsənət Məkanı tərəfindən təqdim olundu.
Yuxarıda qeyd olunan muzeylərin kolleksiyaları və sərgi layihələrindən olan əsərlər şəhər sakinlərinə, onların yaşadıqları məkanlarda videoproyeksiyalar vasitəsilə nümayiş etdirildi. Tədbir zamanı ətraf binaların sakinləri mənzillərinin pəncərələri və eyvanlarından evdən çıxmadan bu təqdimatı müşahidə edib, əsərlərlə tanış oldular. Həmçinin axşam evlərinin yaxınlığında gəzişən Bakı sakinləri üçün keçirilən bu aksiya gözlənilməz bir sürprizə çevrildi.
Əsərlərin videotəqdimatı Bakının 4 müxtəlif məkanlarında baş tutdu. 6 muzey kolleksiyasından sənət əsərlərinin binalara proyeksiyası, şəhər həyatına rəng qatdı. Bu qeyri-adi hadisə şəhər sakinlərində zəngin təəssürat oyadaraq, böyük marağa səbəb olub.
"Muzeylər gecəsi" multimedia aksiyasının hadisələri "YARAT"ın rəqəmsal platformasında işıqlandırılacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
XƏBƏR LENTİ
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi





