“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aparıcı Nigar Mahmudova Azərbaycanda nikah və boşanmaların sayındakı fərqdən danışıb.
Milli.Az xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı videoda insanların əvvəlki kimi evlənmək istəyində olmadığını vurğulayıb:
"Sizinlə çox narahatedici bir statistikanı paylaşacağam. Son 7 ayda, yanvardan iyula qədər qeydə alınan nikahların yarısı qədər, hətta yarıdan çox boşanma olub. Təsəvvür edirsiniz? Nikahların sayı 22 130 olub, boşanmaların sayı isə 11 678. Təsəvvür edirsiniz? Bu, nikahların yarısından çoxu qədər boşanma deməkdir. Amma burada başqa, daha diqqətçəkən bir statistika da var. Hətta bəlkə də onun haqqında daha çox düşünməliyik.
2025-ci illə, yəni keçən illə müqayisədə, hər 1000 nəfərə düşən nikahların sayı 4,6-dan 3,7-yə düşüb. Yəni ilk 7 ayı müqayisə edəndə, bu il nikahların sayı keçən illə müqayisədə 20 faiz azalıb. Dünyada belə bir tendensiya var, biz də buna doğru getdiyimizi statistikadan görürük. İnsanlar artıq evlənmirlər. Nəyə görə evlənmirlər? Belə yaşamaq daha rahatdır?
Düzdür, maddi məsələlər var. Deyəcəksiniz ki, oğlanın evi, işi yoxdursa, necə evlənsin? Bəli, amma gəlin hər şeyi təkcə bunun üstünə yıxmayaq. İnsanlar artıq sanki belə yaşamağı daha rahat görürlər.
Boşanmalar isə yaxşı göstərici deyil. Amma indi bəziləri deyə bilər ki, "Niyə yaxşı göstərici olmasın?". Analarımız hər cür şiddətə, hətta işgəncəyə dözürdülər. Zindan olsa belə, yaşayırdılar. İndi isə qadınlar daha çox öz ayaqları üstündə dururlar. Ola bilsin, səbəb budur. Yaxud daha çox məlumatlıdırlar, gözləri açıqdır. Artıq ictimai qınağı düşünüb o zindanda, o həbsxanada oturmurlar. Özləri boşanıb daha rahat, daha sərbəst yaşayırlar.
Buna kimsə bəlkə yaxşı tərəfdən baxar. Hara gedirik - yaxşı tərəfə, yoxsa pis tərəfə?".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar - (Foto/Video)
-
Bakıda Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır - (Video)
XƏBƏR LENTİ
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı





