“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Norm" ASC 2025-ci il üzrə audit olunmuş maliyyə nəticələrini açıqlayıb. Sözügedən ildə ölkədə sement bazarının 3,5% kiçilməsinə baxmayaraq, şirkətin satışdan gəliri əvvəlki illə nisbətdə 6,8% artaraq rekord həddə - 272,9 milyon manata, ümumi mənfəət 2,1% artaraq 132,2 milyon manata çatıb.
Şirkətin əməliyyat mənfəəti 80,1 milyon manat, vergiyə qədər mənfəəti 66,4 milyon manat, mənfəət vergisi 16,6 milyon manat təşkil edib. Gəlir artımına şirkətin yeni biznes istiqamətləri də təsir edib.
Belə ki, beton məhsullarının satışına görə əldə edilən gəlir 1,1 milyon manatdan 7,2 milyon manata yüksəlib, Storm brendi altında sement əsaslı quru qarışıqlar isə şirkətə ilk ildə 1,3 milyon manat gəlir gətirib. Hesabat ilində şirkət tərəfindən klinker məhsulunun Gürcüstana ixracı davam etdirilib, Türkmənistan və Özbəkistana isə quyu-tamponaj sementinin satışı həyata keçirilib. Beləliklə, 2025-ci ildə də Norm Azərbaycanın sement sənayesində aparıcı mövqeyini qoruyub saxlayıb. Şirkətin CEO-su Henning Sasse qeyd edib:
"Norm Sement zavodunun klinker istehsalı gücünü artıraraq, gündəlik 6500 tona çatdırmışıq. Bundan başqa, 2023-cü illə müqayisədə məhsulların keyfiyyət göstəriciləri qorunub saxlanılmaqla, klinker əmsalını 5% optimallaşdırmışıq ki, bu da bizə 76,000 ton klinkerə qənaət etməyə imkan yaradıb. Bu optimallaşdırma sayəsində CO₂ emissiyasının 54,000 ton aşağı salınmasına nail olmuşuq. Karbon ayaq izimizin azaldılmasını Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının Xalis Sıfır Yol Xəritəsinə uyğun şəkildə həyata keçiririk. İnşaat sektorunun ehtiyaclarına cavab verərkən, fəaliyyətimizi dayanıqlı inkişafa sadiqlik prinsipi üzərində qurmaq bizim üçün prioritetdir. Bu yanaşmanı sement istehsalı ilə yanaşı Norm Beton brendi ilə beton məhsullarının, Storm brendi ilə sement əsaslı quru qarışıqların istehsalında da tətbiq edirik. Ötən ilin dekabrından etibarən isə yeni brendimiz Norm Logistics müştərilərə nəqliyyat xidmətləri göstərir və biz logistikada da ekoloji yanaşmanı qoruyub saxlayırıq.
Sement istehsalından digər inşaat materialları və əlaqəli xidmət sahələrinə doğru fəaliyyətimizi genişləndirməklə, regionun inşaat materialları istehsalçısına çevrilməyi qarşıya məqsəd qoymuşuq."
2025-ci il üzrə maliyyə göstəriciləri barədə məlumatın açıqlanması zamanı şirkətin Maliyyə və Strategiya üzrə Baş direktor müavini Elvin Mirzəyev əlavə edib: "2025-ci il, şirkət strategiyasının real nəticələr hasil etdiyi il oldu. Belə ki, tikinti materialları seqmentində strateji təşəbbüslərə 57 milyon manata yaxın sərmayə qoyuldu. Sərmayəni həm istehsal fəaliyyətimiz, həm də ehtiyatla strukturlaşdırılmış borc vəsaitləri hesabına təmin etdik. Bu da, 2024-cü ildə qeydə alınmış yüksək mənfəət səviyyəsi ilə müqayisədə 2025-ci ildə vergiyə qədər mənfəətin aşağı düşməsinin başlıca səbəbidir. Bu sərmayələr şirkətimizin uzunmüddətli inkişaf strategiyası çərçivəsində həyata keçirilir və inşaat materialları istehsalçısına çevrilmək hədəfimizi dəstəkləyir. Bununla belə, Norm ölkənin ən iri vergi ödəyicilərindən biri olaraq qalır və eyni zamanda sosialyönümlü layihələrə əhəmiyyətli resurs ayırmağa davam edir. 2025-ci ildə şirkətin koporativ sosial məsuliyyət layihələrinə xərclədiyi vəsait 5,2 milyon manat təşkil edib."
"Norm" ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
-
Bakıda Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır - (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
XƏBƏR LENTİ
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Sərnişinlərə alternativ marşrut təklif edildi: Cəmi 11 dəqiqəyə çatacaqsınız - (Foto)
-
“Trabzonspor”un yeni baş məşqçisi açıqlandı
-
Demet Akalına konsertində əxlaqsızlıq - (Video)
-
Şükufə Yusupovadan xəbər var
-
Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı
-
ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı - (Foto)
-
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
-
Rüfətin qızı tələbə oldu: İcazə vermədim
-
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
-
Bakıda universitetlər bura köçür - İlk böyük addım atıldı (Video)
-
Rusiya Ukraynaya 252 meyit verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
-
Bakıda Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır - (Video)
-
Bakıda avtomobil alovlandı, 4 nəfər son anda canını qurtardı - (Video)





