İdman

Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı

17 Sentyabr 2026 15:20
Baxış: 211
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu yay "Qarabağ"dan "Seltik"ə transfer olunan Kamilo Duran karyerasında ilk dəfə Kolumbiya millisinə dəvət alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Şotlandiya klubunun baş məşqçisi Martin O'Nil mətbuat konfransında məlumat verib.

O bildirib ki, Duran komandanın düşərgəsində deyil və viza almaq üçün Londona yollanıb: "Vizaya görə Londona getməli idi. Kolumbiya milli komandasına çağırılıb və bunu həll edə biləcəyi yeganə vaxt bu səhər idi".

Qeyd edək ki, "Seltik"in aparıcı futbolçularından birinə çevrilmiş Kamilo Duran Şotlandiya klubundakı ilk 10 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.