Hadisə

Bakıda avtomobil alovlandı, 4 nəfər son anda canını qurtardı - (Video)

17 Sentyabr 2026 14:56
Baxış: 223
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ötən gün gecə saatlarında paytaxtın Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində nizamlanmayan piyada keçidində yol-nəqliyyat hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Milli.Az-a verilən məlumata görə, piyada keçidində piyadaya yol vermək üçün dayanan avtomobilə arxadan başqa bir nəqliyyat vasitəsinin çırpılması nəticəsində yanğın baş verib.

Dərhal polis əməkdaşları tərəfindən yanğın söndürənlərin hadisə yerinə təhlükəsiz çatması üçün zəruri tədbirlər görülüb.

Hadisə nəticəsində piyada ilə yanaşı, yanan avtomobildə olan sürücü və iki sərnişin son anda nəqliyyat vasitəsini tərk edərək xilas olublar. 

Hadisənin görüntüləri hərəkət zamanı diqqətsizliyin və qayda pozuntusunun hansı ağır nəticələrə gətirib çıxara biləcəyini bir daha göstərir. Dəfələrlə qeyd edildiyi kimi, belə hadisələrin baş verməməsi üçün sürücülər keçidlərə yaxınlaşarkən sürəti azaltmalı, təhlükəsiz ara məsafəsi saxlamalı və piyadalara yol verməlidirlər.

Həmin görüntüləri təqdim edirik:

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.