“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe cari ilin "Qızıl top" mükafatını qazanmaq üçün ən ideal zaman olduğunu açıqlayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ulduz futbolçu iddiasını meydandakı göstəriciləri ilə sübut etdiyini bildirib.
"Məncə, bu il bu mükafatı almaq üçün tam şərait yaranıb. Mən nə qədər danışsam da, ayaqlarım mənim əvəzimə daha yaxşı danışır. Əsas odur ki, "Qızıl top" "Real"a - "Santyaqo Bernabeu"ya qayıtsın. Azarkeşlərimizə bu arzunu bəxş etmək üçün mükafat məhz buraya gəlməlidir", - deyə Mbappe qeyd edib.
Qeyd edək ki, K. Mbappe 2025/26 mövsümündə La Liqada 25 qolla, Çempionlar Liqasında isə 15 qolla hər iki turnirin ən yaxşı bombardiri olub. Ümumilikdə fransalı hücumçu mövsüm ərzində çıxdığı 44 matçda 42 dəfə fərqlənib. O, 2024/25 mövsümündə isə karyerasında ilk dəfə "Qızıl çəkmə" mükafatına sahib çıxmışdı.
Xatırladaq ki, "France Football" tərəfindən təqdim edilən sözügedən nüfuzlu mükafatı 2025-ci ildə PSJ-nin və Fransa millisinin üzvü Usman Dembele qazanmışdı.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu





