Ermənistan

Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir

17 Sentyabr 2026 20:10
Baxış: 84
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ermənistan və Rusiya arasında Ermənistan dəmir yolunun konsessiya əsasında idarə olunması ilə bağlı müzakirələr davam edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.

"Vəziyyət dəyişməyib, müzakirələr davam edir. Bu, çox həssas məsələdir. Bu, bizim mülkiyyətimizdir və biz öz mülkiyyətimizə istədiyimiz kimi sərəncam vermək imkanına malik olmalıyıq", - Paşinyan deyib.

Qeyd edək ki, Ermənistan dəmir yolunun idarə olunması hazırda Rusiyanın "Cənubi Qafqaz Dəmir Yolları" şirkəti tərəfindən konsessiya müqaviləsi əsasında həyata keçirilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.