Mədəniyyət

"Vikipediya"nın özbək dil bölməsində Seyid Əzim Şirvani haqqında məqalə yaradılıb

5 May 2020 16:19
0 Şərh     Baxış: 2 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Seyid Əzim Şirvani haqqında Vikipediyada özbək dilində bölmə yaradıldı, Azərbaycan və Rus dillərində bölmələr zənginləşdirildi.

Milli.Az bildirir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tanınmış Azərbaycan şairi, maarifçisi Seyid Əzim Şirvaninin 185 illik yubileyi münasibəti ilə Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə yaradılıb, Azərbaycan və rus dillərində bölmələr yenidən işlənərək zənginləşdirilib.

XIX əsr Azərbaycan ədəbiyyatında maarifçilik ideyalarının yayılması kimi böyük bir hərəkatın öndərlərindən olan, məktəblərin açılması, xalqın maariflənməsi yolunda yorulmadan çalışan tanınmış ədib, söz ustadı, özündən sonra ədəbi bir məktəbin əsasını qoyan S. Ə. Şirvani yaradıcılığını xüsusi qeyd etmək lazımdır.

Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biri olan Seyid Əzim Şirvani həm ədəbiyyat tariximizdə realist şair kimi şöhrət qazanıb, həm də maarif və mədəniyyət xadimi kimi əsərləri, yaradıcılığı Azərbaycanla yanaşı, Türk dünyasının zəngin ədəbiyyat, şeiriyyət məkanı olan Özbəkistanda da maraqla izlənilir.

Yaradılmış bölmələrdə dahi şairin həyatı, yaradıcılığı, pedaqoji fəaliyyəti, əsərləri, şeirləri, təmsilləri, qəzəlləri, müxəmməsləri, müsəddəsləri, rübailəri haqqında məlumatlar yer alır, onun haqqında maraqlı faktlar işıqlandırılır. Bölmədə şairin əsərləri, habelə onun haqqında yazılan nəşrlər öz əksini tapır.

Özbək dili ilə yanaşı Seyid Əzim Şirvani haqqında Azərbaycan və Rus dillərindəki bölmələrə yeni məlumatlar əlavə olunmuş, materiallarla zənginləşdirilib.
Seyid Əzim Şirvani öz əsərlərində, yaradıcılığında maarifçilik ideyalarını yayaraq, elmin və təhsilin səmərəsini, məktəb və tərbiyə məsələlərini, pedaqoji fəaliyyəti ardıcıl təbliğ etmiş, Azərbaycan uşaq ədəbiyyatı üçün olduqca maraqlı əsərlər yaradıb.
Qeyd edək ki, XIX əsr Azərbaycan ədəbiyyatında qəzəl ustadı kimi məşhurlaşmış Seyid Əzim Şirvaninin yaradıcılığında əxlaqi-tərbiyəvi əsərlər mühüm yer tutmuş, onun elm, maarif, mədəniyyət, mətbuat, mütaliə, tərbiyə, mövzularında yazdığı şeirlər didaktik poeziyanın ən gözəl nümunələrindən sayılır.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Mərkəzin Vikipediya könüllüləri ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının "Vikipediya" könüllüləri arasında təcrübə mübadiləsi və bu istiqamətdə əməkdaşlıq həyata keçirilir.
Vikipediyada Özbək dilində yaradılmış Seyid Əzim Şirvani haqqında bölmə ilə https://uz.wikipedia.org/wiki/Said_Azim_Shirvoniy linkində tanış olmaq mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.