Mədəniyyət

"Təkcə bir mağazaya 510 manat borcum var"

14 Aprel 2020 12:45
1 Şərh     Baxış: 2 991
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

8 martdan indiyənə qədər bu gündəyəm. Üç dəfə müalicə götürmüşəm. Oğlum gəlib kömək edir, utanıram. Onun xanımı rəhmətə gedib. Digər oğlum və gəlinim uzaqda yaşayır. Qızım da yoxdur.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Lətifə Əliyeva "Elgizlə izlə" verilişində deyib. Səhhətində problem olan aktrisa çətin günlər yaşadığı söyləyib:

"Yaşım çoxdur, küçəyə çıxa bilmirəm. Təkcə bir mağazaya 510 manat, tərəvəz mağazasına isə 110 manat borcum var. Bir dəfə eyvana çıxdım, paltar sərməyə, qəfildən ağrı tutdu. O gündən ağrılarım çoxdur. Əsa götürəndən sonra bir az rahatam".

Aktrisa efirlərdən şikayətlənib. O bildirib ki, heç bir ekran işinə onu çəkmirlər:

"Sənətlə yaşayan insanam. 10 ildən çox sənətdən uzaq qaldım. Səhnə üçün darıxdım. Efirlər mənə qəddarlıq etdi. Ürəyimdə hələ də aktrisalıq hissi qalıb. Nə etmişəm sizə, niyə məni çəkmirsiz? Adım teatrda gedir, amma gedib oynaya bilmirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.