"Hamiləyəm" deyib evləndiyi şəxsi aldadan qadın 6 gün sonra qızıllarla yoxa çıxıb.
Milli.Az xəbər verir ki, Adana sakini Muhittin Çiçəklibağ dini nikahla evləndiyi S.B.-nin hamilə olmadığını və 10 yaşında uşağının olduğunu toydan sonra bilib. Qadın toydan 6 gün sonra qızılların bir hissəsini götürərək evdən qaçıb.
27 yaşlı Muhittin Çiçəklibağ yay aylarında işləmək üçün Bodruma getmişdi. Burada 29 yaşlı S.B. ilə tanış olub münasibətə başlayıb. Qadın bir müddət sonra hamilə olduğunu deyib. Bu səbəbdən cütlük rəsmi nikah müddəti dolmadığı üçün əvvəl dini nikah, sonra isə 29 noyabrda Adanada toy edib. Qadının ailəsindən heç kim toya qatılmayıb.
Hadisədən 6 gün sonra, 4 dekabrda S.B. toyda taxılan qızılların bir hissəsini götürərək, ərinin işdə olduğu vaxt evdən çıxıb. Çiçəklibağ qadının ailəsinə zəng edəndə onun 10 yaşında övladı olduğunu öyrənib. Daha sonra hamiləlik iddiasının da yalan olduğu məlum olub. O, məsələni "planlı aldadılma" kimi qiymətləndirib və başqalarını evlilik qərarında diqqətli olmağa çağırıb.
Qadın isə iddiaları qəbul etmir.
İsmayıl
Milli.Az





