Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirə qədər Filarmoniyanın rəhbərliyi Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında yerləşən Heydər Əliyev abidəsini ziyarət etmiş, gülqoyma mərasimində iştirak etmişdir.
Filarmoniyada davam edən anım tədbirində ilk filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov çıxış edərək, Heydər Əliyevin dövlətçilik tariximizdəki əvəzolunmaz xidmətlərini, milli mədəniyyətə və incəsənətə göstərdiyi böyük diqqət və qayğını xüsusi vurğulamışdır.
Proqram Kamera orkestrinin müşayiəti ilə davam etmiş, Ulu Öndərin sevdiyi və xatirəsinə həsr edilmiş əsərlərlə dərin ehtiram ifadə edərək davam etmişdir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





