Türkiyə

İmamoğlu bu tarixədə məhkəməyə çıxacaq

12 Dekabr 2025 22:13
Baxış: 389
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbul Böyük şəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində vəzifəsindən uzaqlaşdırılaraq həbs edilən Əkrəm İmamoğlu da daxil olmaqla, 402 nəfərin məhkəmə qarşısına çıxacağı tarix bəlli olub.

Milli.Az xəbər verir ki, 105-i həbsdə olmaqla ümumilikdə 402 şübhəlinin yer aldığı iş üzrə ilk məhkəmə iclasının 9 mart 2026-cı ildə keçirilməsi qərara alınıb. 

İddianaməyə görə Ekrem İmamoğlu haqqında 142 müxtəlif əmələ görə 828 il 2 aydan 2352 ilədək həbs cəzası tələb olunur.

İddianamədə İmamoğlu və digər şübhəlilərə aşağıdakı maddələrlə bağlı ittihamlar irəli sürülür:

Cinayət təşkilatı qurmaq

12 dəfə rüşvət vermək/almaq

7 dəfə cinayət gəlirlərinin yuyulması

7 dəfə dövlət qurumlarına qarşı dələduzluq

2 dəfə şəxsi məlumatların qeydə alınması

Şəxsi məlumatları ələ keçirmək və yaymaq (2 dəfə)

Cinayət sübutlarını gizlətmək (4 dəfə)

Rabitəni pozmaq

Dövlət əmlakına ziyan vurmaq

47 dəfə rüşvət alma

Xalqı aldatmaq istiqamətində məlumat yaymaq

39 dəfə dövlət qurumlarını zərərə uğratmaqla dələduzluq

Cinayət gəlirlərindən qaynaqlanan əmlakın yuyulması (4 dəfə)

70 dəfə tenderə müdaxilə etmə

Ətraf mühitin qəsdən çirkləndirilməsi

Vergi qanunvericiliyinə zidd hərəkətlər

Meşə və mədən qanunlarına ziddiyyət

Xatırladaq ki, Əkrəm İmamoğlu bu ilin mart ayında ilə həbs edilib.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.