Ölkə

İtkin balıqçılar tapılmayıb - Rəsmi

12 Dekabr 2025 23:47
Baxış: 5 342
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə Astarada itkin düşən balıqçıların tapılması ilə bağlı məlumatlar yayılıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Yayılan xəbərlərlə bağlı Cenublu.az-a danışan itkin düşən Ağadədə Həsənovun əmisi Sübhan Həsənov da məlumatları təkzib edib.

"Yayılan yalan məlumatlara görə axtarışlar dayanır. Axtarışlarla bağlı bizdən başqa heç kimin məlumatına inanmayın" - deyə o, bildirib.

S. Həsənov əlavə edib ki, ailə dövlət qurumlarından qonşu ölkələrlə əlaqə yaradılaraq Turan və Ağadədənin tapılması istiqamətində işlərin genişləndirilməsini xahiş edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.