Yeni mühitə ən sürətlə uyğunlaşan 3 bürc
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni bir məktəbə başlamaq, fərqli bir iş mühitinə girmək və ya heç tanımadığınız insanların olduğu bir topluluğa qatılmaq hər kəs üçün asan olmaya bilər. Bəzi insanlar yeni mühitlərdə günlərlə, hətta həftələrlə özlərini qərib hiss edərkən, bəziləri qısa müddətdə diqqət çəkmədən mühitə uyğunlaşa bilir. Astrologiyaya görə, bu bacarıq bürclərin xarakteristik xüsusiyyətləri ilə birbaşa bağlıdır.
Milli.Az dəyişən şərtlərə ayaq uydurmaqda çətinlik çəkməyən və getdikləri hər yerdə özlərinə asanlıqla yer açan 3 bürcü təqdim edir:
Əkizlər bürcü: "Sosial buqələmun"
Əkizlər bürcü yeni mühitə uyğunlaşmaq mövzusunda zodiakın ən uğurlu adlarından biridir. İdarəedici planeti Merkürün təsiri ilə güclü ünsiyyət bacarıqlarına malik olan Əkizlər, tanımadığı insanlarla söhbət başlatmaqda və ortaq nöqtələr tapmaqda çətinlik çəkmir.
Uyum gücünü artıran xüsusiyyətlər:
İnsanlarla sürətli bağ qurur.
Mühiti qısa müddətdə tanıyır.
Dəyişən şərtlərə asanlıqla uyğunlaşır.
Tərəzi bürcü: "Mühitin tarazlığını dərhal tapanlar"
Tərəzi bürcü sosial münasibətlərdəki uğuru sayəsində yeni mühitlərə ən sürətlə uyğunlaşanlardandır. Onlar yeni bir topluluğa girdikləri zaman gərginlik yaratmaq əvəzinə, uyğunluq və tarazlıq yaratmağa üstünlük verirlər. Bu xüsusiyyətləri sayəsində qısa müddətdə sevilən və qəbul edilən şəxslərə çevrilirlər.
Uyum bacarığının təməl səbəbləri:
İnsanlarla asan anlaşır.
Qarşısındakını sürətli anlayır.
Mühitin qaydalarına asanlıqla adaptasiya olur.
Oxatan bürcü: "Naməlum olana maraqla yanaşan macərapərəst"
Oxatan bürcü yeni insanlarla tanış olmağı və fərqli təcrübələr yaşamağı sevən quruluşu ilə seçilir. Bir çox insan dəyişiklik qarşısında narahatlıq keçirərkən, Oxatan bunu həyəcanverici bir fürsət kimi görür. Yeni şəhər, yeni iş və ya yeni sosial mühit onlar üçün qorxulu deyil, kəşf ediləcək bir macəradır.
Ön plana çıxan xüsusiyyətləri:
Dəyişiklikdən qorxmur.
Fərqliliklərə asanlıqla uyğunlaşır.
İnsanların ona yaxınlıq hiss etməsini təmin edir.
Əkizlər, Tərəzi və Oxatan bürcləri fərqli xarakterlərə sahib olsalar da, onların ortaq nöqtəsi dəyişikliyə qarşı çevik olmaları, ünsiyyət qurmaqdan çəkinməmələri və naməlum olanı "təhdid" deyil, "fürsət" kimi görmələridir.
Astrologiya şəxsiyyət xüsusiyyətləri haqqında maraqlı ipucları təqdim edə bilər, lakin unutmamalıyıq ki, mühitə uyğunlaşma bacarığı həm də insanın həyat təcrübəsi, özgüvəni və yetişdiyi mühitlə bağlıdır. Buna baxmayaraq, bu üç bürcün təbiətcə ünsiyyətə daha açıq və adaptasiyaya daha meylli olduğu danılmaz faktdır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qaranlıq yollara işıqqaytarıcı boyaların vurulması effektivdir? - (Video)
-
Müzəffər İsayev vəfat etdi
-
"Xəyanət edirsə, onu bağışla" - Ayan Babakişiyeva
-
Məşhur aktyor Luis Lorenso həbs edildi
-
ABŞ Keşm adasına raket zərbəsi endirdi - (Video)
-
Bədbəxt hadisə nəticəsində ölən Elvinin (Fotosu)
-
Eldar İsmayılov təqaüdə göndərilir
-
"Atamda xərçəng aşkarlandı, 20 günün içində öldü" - Xuraman Əlizadə
-
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
"Müalicəmi davam etdirmədim" - İntizar Məmmədzadə xəstəliyindən danışdı
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)
-
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - Yenilənib
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)





