Dünya

Ceyms Berrouz vəfat etdi

21 İyun 2026 15:27
Baxış: 378
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ceyms Berrouz vəfat edib.

Milli.Az "The New York Times"a istinadən xəbər verir ki, tanınmış rejissor 85 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Ceyms Berrouz televiziya tarixində mühüm iz qoymuş yaradıcılar sırasında yer alır. O, ümumilikdə 11 "Emmy" mükafatına layiq görülüb.

Rejissor "The Mary Tyler Moore Show", "The Bob Newhart Show", "Taxi", "Frasier", "Friends" və "The Big Bang Theory" kimi dünya miqyasında məşhur olan serialların çəkilişində iştirak edib.

Qeyd olunur ki, Berrouz karyerası ərzində 75 serialın pilot bölümünü çəkib və onlardan bir çoxu sonradan uğurlu televiziya layihələrinə çevrilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.