Dübəndidə dəniz sahilinin neftlə çirklənməsinin səbəbi açıqlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyunun 19-da "Azneft" İB-nin mərkəzi aparatının aidiyyəti xidmətlərinə Dübəndi çimərliyi ərazisində neftlə çirklənmə izlərinin müşahidə olunması barədə məlumat daxil olub. Pirallahı adası ilə Dübəndi arasındakı akvatoriyada gəmilər və helikopter vasitəsilə aparılan ilkin baxış zamanı neft ləkəsi aşkar edilib.
"Azneft" İB-dən bildirilib ki, hadisənin ilkin mərhələsində neftin aktiv çıxış nöqtəsi vizual olaraq müşahidə olunmadığından mümkün çirklənmə mənbələrinin bir neçə variantı nəzərdən keçirilib. Aparılmış nəzarətli diaqnostik yoxlama nəticəsində çirklənmə mənbəyinin "Azneft" İB-yə məxsus sualtı neft kəmərlərindən biri olduğu müəyyən edilib. Sızma mənbəyi müəyyənləşdirildikdən dərhal sonra həmin sualtı kəmər üzrə neftin nəqli dayandırılıb. "Azneft" İB tərəfindən insidentin idarə olunması məqsədilə operativ qərargah yaradılıb və vəziyyət nəzarətə götürülüb.
"Azneft" İB-nin dalğıc xidməti tərəfindən aparılmış diaqnostik tədbirlər nəticəsində sualtı neft kəmərində mexaniki xarakterli zədələnmələr aşkar edilib. İlkin qiymətləndirməyə əsasən, bu zədələnmələrin xarici predmetlə, ehtimal ki, lövbər ilə təmas nəticəsində yarandığı müəyyən edilib.
Zədələnmə aşkar edildikdən dərhal sonra təmir-bərpa işlərinə başlanılıb. Bu işlər başa çatana qədər zədələnmiş kəmər istismardan kənar saxlanılır ki, bu da dənizə neft sızmasının davam etməsinin qarşısını alır.
İnsidentin nəticələrinin aradan qaldırılması, o cümlədən dənizin və sahilyanı ərazilərin təmizlənməsi işləri Fövqəladə Hallar Nazirliyi və "Azneft" İB tərəfindən sıx koordinasiyalı şəraitində həyata keçirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Dübəndidə dəniz sahilinin neftlə çirklənməsinin səbəbi açıqlanıb
-
Abşeron çimərliklərində sabahkı hava açıqlandı
-
Bu gün ilin ən uzun gündüzü və ən qısa gecəsidir
-
Bakının bir sıra rayonlarında su verilişində 2–3 saatlıq fasilələr olacaq
-
FHN əhaliyə müraciət etdi: Küləkli havada dənizə girməyin
-
Ayın 22-də ölkədə qısamüddətli yağış və külək gözlənilir - Proqnoz
XƏBƏR LENTİ
-
İçərişəhərdə El Calor en Baku Beynəlxalq Tanqo Festivalı və Argentina Mədəniyyəti Həftəsinin möhtəşəm açılışı keçirilib - FOTO
-
Rusiyada göyərtəsində iki nəfər olan helikopterdən xəbər yoxdur
-
ABŞ-İran danışıqları başlayıb - Yenilənib
-
Dübəndidə dəniz sahilinin neftlə çirklənməsinin səbəbi açıqlanıb
-
Ceyms Berrouz vəfat etdi
-
Abşeron çimərliklərində sabahkı hava açıqlandı
-
Mundialla vidalaşacaq üçüncü komanda müəyyənləşdi
-
Bu gün ilin ən uzun gündüzü və ən qısa gecəsidir
-
“Krımdan hücumlar artıq effektiv deyil” - Ukrayna PUA komandanı
-
Bakının bir sıra rayonlarında su verilişində 2–3 saatlıq fasilələr olacaq
-
FHN əhaliyə müraciət etdi: Küləkli havada dənizə girməyin
-
Azərbaycan boksçusu Çində qızıl medal qazandı
-
Mingəçevirdə yol qəzası: 2 nəfər xəsarət alıb
-
Ayın 22-də ölkədə qısamüddətli yağış və külək gözlənilir - Proqnoz
-
Antarktidada gözlənilməz seysmik aktivlik: 510 zəlzələ aşkarlandı
-
Mingəçevirdə mağazada yanğın oldu - (Foto)
-
1 qəpiyə satılan həmin yumurtalar barədə iddialar yayıldı - (Video)
-
Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib - (Foto)
-
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib
-
Yevlaxda kanalda boğulan 26 yaşlı kişinin meyiti tapılıb
-
Kerç bərə keçidində daşımalar müvəqqəti dayandırıldı
-
Bakıda güclü külək, dağlıq ərazilərdə duman müşahidə edilir
-
KDR-də Ebola epidemiyası: 956 yoluxma, 247 ölüm
-
Kerç yarımadasına PUA hücumu: 4 ölü, 28 yaralı





