Oğurlanmış Pikasso tablosu illər sonra tapıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fransada narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı diqqətçəkən tapıntı aşkarlanıb.
Milli.Az xəbər verir ki, Fransanın Val-de-Marn departamentində narkotiklərlə mübarizə üzrə aparılan istintaq çərçivəsində həyata keçirilən axtarış zamanı məşhur ispan rəssamı Pablo Pikassoya məxsus oğurlanmış tablo tapılıb.
Məlumata görə, əsərin dəyəri on milyonlarla avro ilə qiymətləndirilir. Hələlik söhbətin Pikassonun hansı əsərindən getdiyi açıqlanmır. Bildirilir ki, rəsm əsəri daha əvvəl Parisdə yerləşən saxlanc məntəqələrindən birindən oğurlanıb.
Şampinyi-sür-Marn kommunasında yerləşən mənzildə aparılan axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tablodan əlavə yüz minlərlə avro dəyərində dizayner geyimləri, təxminən 20 kiloqram həşiş və 7 min avro nağd pul da aşkarlayıblar.
Əməliyyat nəticəsində altı nəfər saxlanılıb. Onlardan dördü barəsində artıq məhkəmə araşdırmasına başlanılıb.
İstintaq materiallarına əsasən, şübhəlilərdən biri saxlanc məntəqəsində mühafizəçi kimi fəaliyyət göstərib. Onun orada saxlanılan qiymətli əşyaları mərhələli şəkildə oğurlayaraq kənara çıxardığı ehtimal olunur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib - (Foto)
-
Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - (Video)
-
Bakıda yeni mikrorayon salınacaq - (Video)
-
Dövlət məktəbində başqa dildə oxumaq istəyənlər bunları bilməlidir
-
Süni intellekt xərçəng xəstələrinin nə qədər yaşayacağını təxmin edir
-
Bir əsrlik fayton: Nəriman Nərimanovun Şəki səfərindən yadigar - (Foto)
XƏBƏR LENTİ
-
Makiyajsız kamera qarşısına keçdi - (Foto)
-
Sadəcə qoxulamaq bəs edir: Miqreni bıçaq kimi kəsir
-
Banklara kibertəhlükələr barədə məlumat verilib - (Video)
-
Günün qoroskopu: Bu gün taleyin rolu böyük olacaq
-
Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
-
Seru Girassi “Sabah” - “Borussiya” matçının ən yaxşısı seçildi
-
Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
Serialdakı Arda illər sonra - (Foto)
-
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib - (Foto)
-
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib - (Foto)
-
Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - (Video)
-
Bakıda iki nəfəri əqrəb sancdı
-
Azərbaycanda balıq bahalaşdı - Qiymət
-
Sabah Yasamal, Nizami və Binəqədidə işıq olmayacaq
-
UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
-
"Borussiya" minimal fərqlə qalib gəldi - Yenilənib - (Video)
-
Bakıda yeni mikrorayon salınacaq - (Video)
-
Sabah Hökməli–Qobu–Güzdək yolunda hərəkət tam məhdudlaşdırılacaq
-
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
-
Dövlət məktəbində başqa dildə oxumaq istəyənlər bunları bilməlidir
-
Bakda 15 yaşlı oğlan ürəyindən bıçaqlandı
-
Elnarə Abdullayeva nəvəsi üçün bu qədər xonça hazırlatdı - (Video)
-
“Brent” neft ucuzlaşdı





