Hadisə

Mingəçevirdə mağazada yanğın oldu - (Foto)

21 İyun 2026 12:12
Baxış: 249
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Mingəçevir şəhərində "Tam Store" şəbəkəsinə məxsus mağazada yanğın hadisəsi qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Şah İsmayıl Xətai küçəsində baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhər Yanğından Mühafizə hissəsinin əməkdaşları cəlb olunub.

Yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənib və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa zamanda söndürülüb, yanğının yaxınlıqdakı obyektlərə yayılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.